Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:42
Rubrikalar

İyunun 24-də «Neftçi» və «Xəzər-Lənkəran»ın rəqibləri məlum olacaq


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” - İyunun 24-də İsveçrənin Nion şəhərində futbol üzrə Çempionlar Liqası və UEFA Kubokunun növbəti mövsümünün püşkatması keçiriləcək.



Püşkatmada Azərbaycanın iki komandası – «Neftçi» və «Xəzər-Lənkəran»ın rəqiblərinin adı məlum olacaq.



Bu vaxta qədər «Neftçi» Azərbaycanı iki dəfə Çempionlar Liqasında təmsil edib. «Xəzər-Lənkəran» isə ilk dəfədir UEFA Kuboku uğrunda mübarizəyə qoşulacaq.



- İyunun 23-də Rusiyada MDB və Baltikyanı ölkələrin beynəlxalq oyunları çərçivəsində yeniyetmə gimnastlar arasında turnir keçiriləcək. Fərdi yarışlarda Azərbaycanı 3, qrup hərəkətlərində isə 6 nəfərlik komanda təmsil edəcək.



- Voleybol üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandası iyunun 24-də Moskvaya yollanacaq. Milli komanda burada dünya çempionatının üçünçü seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarla bağlı təlim məşq toplantılarına başlayacaq.



Azərbaycan yığması seçmə mərhələdə iyulun 1-dən 3-nə qədər Bolqarıstan, Çexiya və Rusiya milliləri ilə qarşılaşacaq.
XS
SM
MD
LG