Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:09

Vəkil beş il müddətinə azadlıqdan məhrum edildi


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” İyunun 22-də vəkil Elman Cəlilov Naxçıvan şəhər Məhkəməsi tərəfindən beş il müddətinə azadlıqdan məhrum edilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 178.2.2 və 288.3-cü maddələri ilə, yəni etibardan sui-istidafə və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq etmə maddələri ilə təqsirli bilinib.



Elman Cəlilovun vəkili Ramiz Hacıyev onun siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir və bunu repressiya adlandırır: «Elman Cəlilov AXCP-nin üzvüdür, uzun müddət siyasi fəaliyyətlə məşğul olub. Bu həbs onu qəbul etməyənlərin sifarişidir. Əməldə cinayət tərkibi yoxdur və sübuta yetməyən halları ona qarşı istifadə ediblər».



Elman Cəlilov 1989-ci ilədək Naxçıvan şəhər Prokurorluğunda yüksək vəzifələrdə işləyib. 1992-98-ci illərdə Naxçıvan Ali Məclisinin (AM) deputatı olub. Həmin illərdə həmçinin AM sədrinin müşaviri vəzifəsində çalışıb.



O, bu ilin aprelin 22-də həbs edilib.
XS
SM
MD
LG