Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:05
Rubrikalar

Gəncədə UAZ avtomobillərinin istehsalı planlaşdırılır


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” - İyunun 22-də Azərbaycan-Fransa biznes forumunda Azərbaycan Beynəlxalq Bankı ilə Fransanın “Society General” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Şirkətin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, müqavilənin ümumi məbləği 45 milyon avrodur. Müqaviləyə əsasən, birinci mərhələdə bank 15 milyon avro alacaq.



- Rusiyanın Ulyanov Avtomobil Zavodu bu ilin iyulunda Azərbaycanda “UAZ” markalı maşınların yığım-istehsal müəssisəsini açacaq. Rusiya avtomobil zavodundan verilən məlumata görə, müəssisə Gəncə Avtomobil Zavodunun təcrübi sexində təşkil olunacaq. Azərbaycanla bağlanan müqaviləyə əsasən, bu müəssisədə minik və yük avtomobilləri, o cümlədən “cip” tipli “UAZ-Hunter” markalı avtomobillər yığılacaq. 2005-ci ilin sonuna qədər UAZ 300, gələcəkdə isə ilə 1000 avtomaşın yığmağı planlaşdırır.



- İslam İnkişaf Bankı Azərbaycanla Rusiyanı birləşdirən Samur körpüsünün təmiri üçün 2 milyon ABŞ dolları həcmində vəsait ayırıb. Dərbənddə bəzi hissələri qəza vəziyyətində olan körpünün əsaslı təmiri ilə əlaqədar iyunun 22-də Azərbaycan nümayəndə heyəti Dağıstana yola düşüb. Bərpa işlərinə hər iki tərəfin razılığından sonra başlanılacağı gözlənilir.



- Bu il ali məktəblərdə təhsil alan tələbə və aspirantların təqaüdləri artırılacaq. Maliyyə naziri Əvəz Ələkbərovun sözlərinə görə, bunun üçün dövlət büdcəsindən 17 milyard manat vəsait ayrılacaq. Amma nazir təqaüd artımının nə qədər olacağı barədə bir söz deməyib.



- İndi də valyuta məzənnələri barədə. Azərbaycan Milli Bankından aldığımız məlumata görə, iyunun 22-də 1 ABŞ dolları 4725, 1 rus rublu isə 165 manat olub.
XS
SM
MD
LG