Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:24

Amerikalı ekspert Azərbaycan ordusunun indi daha yaxşı təchiz olunduğunu deyir<p align=`left`><br><br>


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Vaşinqtondakı Ceymstaun Araşdırmalar Mərkəzinin prezidenti Qlen Hovard deyir ki, Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə indi hərbi texnika ilə daha yaxşı təchiz olunub. O, “Asoşeyted Press” Agentliyinin Azərbaycanın müdafiə xərclərini 23 faiz artırması barədə yaydığı xəbəri şərh edərkən belə dedi.



Bu günlərdə Azərbaycanda səfərdə olan cənab Hovard Dağlıq Qarabağ problemini dondurulmuş münaqişə hesab etmədiyini bildirir. Səfər zamanı Azərbaycan ordusunun cəbhə xəttindəki mövqelərinə baş çəkmiş Q.Hovard vəziyyətin gərgin olduğunu deyir: “Biz münaqişə zonasında olduq. Münaqişə çox qeyri-sabitdir. Atışmalar davam edir.Yanvardan bu yana Ağdam rayonu ərazisində yeddi Azərbaycan əsgəri və üç mülki şəxs həlak olub. Bu barədə bizə Azərbaycan ordusunun komandirləri məlumat verdi. Vəziyyət olduqca gərgindir. Buna baxmayaraq, Bakıda hərbi yox, sülh əhvali-ruhiyyəsi hökm sürür”.



Q.Hovardın başçılıq etiyi nümayəndə heyətinin üzvləri prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Cənab Hovard deyir ki, Azərbaycan rəsmiləri sülhün əldə olunması sarıdan olduqca nikbindirlər. “Xarici İşlər Nazirliyində böyük nikbinlik gördüm. Mən bunun nə dərəcədə real olduğunu bilmirəm, lakin onlar sülhə doğrü hərəkət etdiklərinə inanırlar”- deyə, o, söyləyir.



Amerikalı ekspertin sözlərinə görə, ABŞ üçün Azərbaycanın strateji əhəmiyyəti getdikcə güclənir: “Özbəkistan və Qırğızıstanda qeyri-sabitliyin güclənməsi və problemlərin artması ABŞ-ı təyyarələrin uçuşunu Azərbaycana keçirməyə vadar edir (söhbət Əfqanıstana uçan təyyarələrdən gedir). Azərbaycan ABŞ-ın Orta Asiyadakı milli təhlükəsizlik strategiyası üçün önəmli ölkəyə çevirilir”.



Cənab Hovard hesab edir ki, nüvə silahının yayılmaması məsələsində də Azərbaycanın rolu mühüm olacaq. “İran nüvə silahını əldə etməyə çalışır. Rusiya İranı nüvə texnologiyası ilə təmin edir. Azərbaycan isə Rusiya ilə İran arasında dayanıb. Ona görə də, Azərbaycan İrana nüvə silahını əldə etməyə mane olmaq baxımından əhəmiyyətli ölkədir”- deyə, fikrini yekunlaşdırır.



İyunun 21-də Milli Məclisdə “2005-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik və əlavələr edilməsindən sonra Azərbaycanın hərbi xərcləri 258 milyondan 313 milyon dollara çatıb. Əlavə edilmiş maliyyə əsasən hərbi texnikanın alınmasına sərf olunacaq. Bu barədə “Asoşeyted Press” Agentliyi xəbər verib.
XS
SM
MD
LG