Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:28

Azərbaycandakı seçkilərlə artıq Amerika Konqresi maraqlanır


Səs: Real audio
AXCP sədrinin müavini Fuad Mustafayev: «O qədər adamı pulla bir yerə toplamaq nəinki müxalifətin, hakimiyyətin də imkanı xaricindədir» Azərbaycanda seçki məsələsinin ABŞ Konqresinin müzakirəsinə çıxarılmasını müxalifət və iqtidar nümayəndələri müxtəlif cür qiymətləndirir.



Müsavat partiyası başqanının müavini Sülhəddin Əkbər bu müzakirələrin bir neçə səbəbini görür, ən başlıcası isə bunu qarşıdan gələn parlament seçkisinin saxtalaşdırılacağı sarıdan qorxu hissi ilə izah edir.



YAP icra katibinin müavini Bahar Muradova isə deyir ki, üç Amerika konqresmeninin mövqeyi heç də Amerika hökuməti – Dövlət Departamentinin mövqeyi deyil. Ancaq YAP-çı millət vəkili Amerikanın dünyada demokratiyada maraqlı olduğunu təbii sayır, bir şərtlə ki, belə çağırışlar müxtəlif dairələr tərəfindən qərəzli məqsədlər üçün istifadə olunmasın.



Bahar Muradova ötən prezident seçkisində kiçik pozuntuların baş verdiyini, ancaq bunların seçkinin ümumi nəticəsinə təsir etmədiyini vurğulayır.



Politoloq Zəfər Quliyev isə son vaxtlar, xüsusilə seçki ərəfəsində Qərb dövlətlərinin, Birləşmiş Ştatların, beynəlxalq təşkilatların Azərbaycana marağının artdığını deyir. Buna səbəb isə təkcə bu ölkədə demokratiya sahəsində geriləmə deyil, son prezident seçkisindən sonra Azərbaycanın geosiyasi yönümündə dəyişiklikdir.



Zəfər Quliyev Konqresdəki müzakirələrin Azərbaycan hökumətinə demokratik islahatlar aparmaq üçün növbəti təsir vasitəsi olduğunu deyir, çünki, bundan əvvəkki təkliflər, tələblər elə bir nəticə verməyib.



Müsavat partiyası başqanının müavini Sülhəddin Əkbər Konqresdəki müzakirələrin seçki prosesinə təsirinin olacağına əmindir. Onun fikrincə, bir sıra dövlətlər, beynəlxalq qurumlar Azərbaycanda demokratiyayla bağlı sanki hərəkətə gəlib.



Sülhəddin Əkbər Amerika Konqresinin bəzi ölkələrlə müqayisədə Azərbaycana münasibətdə daha yumşaq yanaşdığını deyir. Məsələn, o, Konqresin Belarusda azadlığı müdafiə aktı qəbul etməsini, Belarus müxalifətinə maliyyə yardımının ayrılmasını yada salır.



YAP icra katibinin müavini Bahar Muradova Azərbaycanda azad və ədalətli seçki keçirməkdə ilk növbədə ölkə prezidentinin maraqlı olduğunu, onun seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı xüsusi sərəncam imzaladığını deyir.



Politoloq Zəfər Quliyevin fikrincə isə, Azərbaycan iqtidarının vahid mövqeyi yoxdur, islahatyönlü qüvvələrlə danışığa getmək mümkündür, ancaq onların təsir imkanı böyük deyil.



Politoloq Azərbaycanda seçki məsələsinin Konqresdə müzakirəsinə fövqəladə hadisə kimi baxmaq tərəfdarı deyil. Çünki, Konqres istər Rusiyada, istər Orta Asiyada baş verən hadisələrə dəfələrlə münasibət bildirib. Yəni, Amerika Konqresi nüfuzlu qurum kimi dünyada baş verənləri nəzarətdə saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG