Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:49

ABŞ konqresmenləri Azərbaycanda seçkilərin demokratik keçirilməsinə çağırırlar


Səs: Real audio
AXCP sədrinin müavini Fuad Mustafayev: «O qədər adamı pulla bir yerə toplamaq nəinki müxalifətin, hakimiyyətin də imkanı xaricindədir» Elton Qalleqli başda olmaqla bir neçə respublikaçı konqresmenin ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Münasibətlər Komitəsinə təqdim etdiyi qətnamə layihəsində Azərbaycan azad və ədalətli parlament seçkisi keçirməyə çağırılır.



Layihədə Azərbaycan hökuməti müxalifət partiyalarının seçkidə iştirakını tam təmin etməyə, bütün tərəflər zorakılıqdan çəkinməyə dəvət edilir.



Sənəddə Avropa Şurasının Seçki Məcəlləsinə, xüsusilə də seçki komissiyalarının paritet əsasda təşkilinə dair təklif etdiyi dəyişikliklər dəstəklənir.



Layihədə Azərbaycan hökuməti söz və sərbəst toplaşma azadlığını təmin etməyə də çağırılır.



Sənəddə bildirilir ki, 2003-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkisi beynəlxalq standartlara uyğun gəlməyib: «Həm müxalifət, həm də hökumət qüvvələri tərəfindən xeyli sayda zorakılıq faktları müşahidə edilib. 2004-cü ildə Avropa Şurası hökuməti seçki saxtakarlığını araşdırmağa, siyasi məhbusları azad etməyə və ictimai televiziya yaratmağa çağırıb».



Sənəddə həmçinin hökumətin bəzi müsbət addımlar atması da qeyd olunur. Belə ki, bir sıra siyasi məhbuslar azadlığa buraxılıb, ictimai televiziyanın yaradılması yönündə işlər görülüb.
XS
SM
MD
LG