Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:12
Rubrikalar

Dünya Bankı sayğacların quraşdırılmasında hökumətə yardım etmək niyyətindədir


Səs: Real audio
AXCP sədrinin müavini Fuad Mustafayev: «O qədər adamı pulla bir yerə toplamaq nəinki müxalifətin, hakimiyyətin də imkanı xaricindədir» - 500-ə yaxın səhmdar cəmiyyətdə yoxlamalar aparan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi xeyli ciddi qanun pozuntuları aşkarlayıb. Bu barədə iyunun 21-də sahibkarlar və səhmdarlarla keçirdiyi görüşdə komitə rəhbəri Heydər Babayev məlumat verib. Bu yoxlamaların səhmdarların şikayətləri əsasında aparıldığını deyən cənab Babayevin sözlərinə görə, ötən il qanun pozuntusu aşkar olunan səhmdar cəmiyyətlər 120 milyon manat cərimə olunublar.



- Vergi ödəyicilərinə yeni nömrələrin verilməsi iyulun 1-də başa çatır. Bakı şəhər Vergilər Departamentindən «AssA-İradə» agentliyinə verilən məlumata görə, iyulun 1-dən etibarən vergi ödəyiciləri tərəfindən tərtib edilən bütün ödəniş sənədlərində, hesabat blanklarında, bağlanılan təsərrüfat müqavilələrində, habelə nəzarət-kassa aparatlarının çeklərində yeni 10 rəqəmli VÖEN göstərilməlidir. Belə ki, vergi ödəyicilərinin hər hansı sənədində VÖEN köhnə qaydada – 9 rəqəmli göstərildikdə, həmin sənədlər etibarsız hesab ediləcək.



- Dünya Bankı qaz və su sayğaclarının quraşdırılmasında Azərbaycan hökumətinə yardım etmək niyyətindədir. Bu məqsədlə Dünya Bankının xüsusi missiyası iyunun 16-dan Bakıda səfərdədirlər. Səfərin əsas məqsədi ölkədə qaz və su sayğaclarının quraşdırılması sahəsində araşdırmalar aparmaq, məlumat toplamaq və bununla bağlı yeni layihənin həyata keçirilməsinə ehtiyac olub-olmadığını müəyyən etməkdir. Bunun üçün missiyanın rəhbərləri «Azərsu», «Azəriqaz» və bir sıra hökumət qurumlarında görüşlər keçiriblər. Missiyanın səfəri iyunun 22-də başa çatır.



- İyunun 22-də «Hyatt Regency» otelində Azərbaycan-Fransa biznes forumu başlayır. Forumda iştirak etmək üçün artıq 20-dən artıq Fransa şirkəti Bakıya gəlib. 100-dən artıq azərbaycanlı iş adamının da qatılacağı bu tədbirdə günün ikinci yarısında Fransada istehsal olunan yeyinti və kənd təsərrüfatı mallarınının sərgisi keçiriləcək.



İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, iyunun 23-də Azərbaycan və Fransa iş adamları arasında görüş keçiriləcək. İyunun 24-də isə yerli və xarici iş adamları Lənkərana gedəcəklər.



- Dünya bazarlarında Azərbaycana məxsus «Azeri light» markalı neftinin satış qiyməti 60 dollara yaxın olub. Bu ilin dövlət büdcəsində isə 1 barrel neftin qiyməti 25 dollar nəzərdə tutulub.



- İndi də valyuta məzənnələri barədə. Azərbaycan Milli Bankından aldığımız məlumata görə, iyunun 21-də 1 ABŞ dolları 4723, 1 rus rublu isə 165 manat olub.
XS
SM
MD
LG