Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:26

YAP funksionerləri müxalifəti pulla aksiya keçirməkdə ittiham edirlər


Səs: Real audio
AXCP sədrinin müavini Fuad Mustafayev: «O qədər adamı pulla bir yerə toplamaq nəinki müxalifətin, hakimiyyətin də imkanı xaricindədir» Azərbaycandakı siyasi proseslərdə xaricdəki ayrı-ayrı dairələrdən göndərilən maliyyə artıq həlledici rol oynamağa başlayıb. Milli Məclisin (MM) iyunun 21-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının İcra Katibi, millət vəkili Əli Əhmədov belə dedi. Onun fikrincə, bu, Azərbaycan qanunlarına ziddir: «MM qarşıdakı parlament seçkilərində xarici dairələrin vəsaitlərindən bir faktor kimi istifadə edilməsinə münasibət bildirməli, Azərbaycan vətəndaşlarına isə bu məsələ ilə bağlı xəbərdarlıq edilməlidir».



Cənab Əhmədov iddia edir ki, müxalifətin son vaxtlar keçirdiyi mitinqlər pulla təşkil olunub. Aksiya iştirakçılarına mitinq başa çatdıqdan sonra pul paylanılmasını millət vəkili Musa Musayev və digər YAP funksionerləri də söylədilər.



Spiker Murtuz Ələsgərov isə dedi ki, xaricdən alınan maliyyə ilə ayrı-ayrı adamların, eləcə də azyaşlıların mitinqlərə cəlb edilməsi qanunsuz hərəkətdir.



AXCP sədrinin müavini Fuad Mustafayev isə deyir ki, bu itihamlar hakimiyyətin mövcud vəziyyətdən qorxuya düşməsindən irəli gər. Onun sozlərinə görə, iqtidarın belə bəyanatları Qərbin prezident İlham Əliyevi müdafiə etməsilə bağlı söylədikləri ilə ziddiyyət təşkil edir. «O qədər adamı pulla bir yerə toplamaq nəinki müxalifətin, hakimiyyətin də imkanı xaricindədir»-deyə, cənab Mustafayev söylədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG