Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:12

Ali məktəblərdə bəzi ixtisaslar üzrə təhsil haqqı artıb


Səs: Real audio
Paskal Bonnamur: «Azərbaycanda jurnalist olmaq çox çətindir» Məsələn, Bakı Dövlət Universitetinin (BDU) “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil haqqı ötən il 2 milyon 500 min manat idisə, bu il həmin məbləğ 3 milyon manata qaldırılıb. Ötən il ödəniş haqqı 5 milyon 500 min manat olan hüquqşünaslıq fakültəsində bu qiymət indi 6 milyon manata qalxıb. Özəl Odlar Yurdu Universitetində tərcümə – ingilis dili ixtisası 1000 ABŞ dollarıdır, halbuki keçən il bu rəqəm 900 dollar idi.



Ötən illə müqayisədə 1-ci və 5-ci ixtisas qruplarında ödənişli təhsil üzrə qəbul planı azalıb, qalan ixtisas qruplarında isə artıb.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə abituriyentləri ixtisas seçən zaman ailələrinin maddi imkanlarını qabaqcadan nəzərə almağa çağırır.



Məleykə Abbaszadə ödənişli təhsil haqqının artmasını müvafiq təhsil müəssisələrinin öz işi olduğunu dedi. Yəni, özəl təhsil müəssisələri bu qərarı özləri verir, dövlət ali məktəblərində isə ödəniş haqqını ali məktəb rəhbərliyi və Maliyyə Nazirliyi müəyyən edir. TQDK bu barədə yalnız faktları verir.



Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov bəzi fakültələrdə ödəniş haqqının artmasını sevindirici fakt kimi dəyərləndirir. Onun fikrincə, bu, ölkədə bazar iqtisadiyyatının elementlərinin işlədiyini göstərir, ancaq administrativ quruluşlarda qiymət sabit qala bilər.



Şahlar Əsgərov bu qiymət artımını təhsil xərclərinin artmasıyla izah edir. O, təhsildə ödəniş haqqının yalnız tələb və təklif prinsipi ilə tənzimləndiyini vurğulayır.



Keçmiş təhsil naziri Firidun Cəlilov pullu ixtisaslarda ödəniş haqqının artmasını bütün qiymətlərin artması ilə əlaqələndirir. Ancaq o, orta əmək haqqını düzgün hesablamaq tərəfdarı olduğunu deyir. Yəni, kimsə 3-4 min dollar alırsa, əhalinin böyük hissəsi 150 min manat əmək haqqı alır. Firıdun Cəlilov dövlət ali məktəblərində ödənişli fakültələrin nisbətən az olmasının tərəfdarıdır.



Söhbətləşdiyimiz abituriyentlərin bəzisi, xüsusilə oğlanlar təhsil haqqının onlar üçün böyük olmadığını, işləyib bu pulu ödəyəcəklərini bildirirlər. Bir qisim abituriyent isə əksinə, məbləğin böyük olmasından gileylidir.
XS
SM
MD
LG