Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

İsa Qəmbər İlham Əliyevi dialoqa dəvət edir


Səs: Real audio
Paskal Bonnamur: «Azərbaycanda jurnalist olmaq çox çətindir» Müsavat Partiyasının başqanı İsa Qəmbər prezident İlham Əliyevi heç bir şərt irəli sürmədən dialoqa dəvət edir. Hakimiyyətyönlü partiya nümayəndələri ilə müxalifət təmsilçiləri arasında keçirilən görüşləri müsbət qarşılayan başqan hesab edir ki, bir çox məsələlərə nöqtə qoyulması üçün dialoqun birbaşa prezidentlə aparılmasının tərəfdarıdır.



Cənab Qəmbər iqtidar-müxalifət təmsilçilərinin Müsavat Partiyasında baş tutacaq növbəti görüşündə iştirak etmək istəyində olduğunu bildirir.



Partiya rəhbəri Ukraynaya səfəri zamanı prezident Viktor Yuşşenko və digər rəsmilərlə görüşlərini nə təsdiq, nə də təkzib edir. O, V.Yuşşenkonun vasitəçiliyi ilə Ukraynada prezident İlham Əliyevlə bir araya gəlməsi barədə bəzi Azərbaycan qəzetlərində yayılan məlumatları isə inkar edir.



Başqan «Azadlıq» seçki blokunun növbəti mitinqinin iyul ayının birinci ongünlüyündə baş tutacağını da bildirir.



YAP İcra Katibinin müavini Mübariz Qurbanlı isə partiyalar arasında dialoqda hakimiyyəti təmsil edən şəxslərin kifayət qədər səlahiyyətli olduğunu bildirir. O, prezident İlham Əliyevin dialoqda iştirakına ehtiyac olmadığını, onun iş qrafikinin buna imkan vermədiyini söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG