Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:29

«Sərhədsiz Reportyorlar» fotomüxbirin ölümünü təcili araşdırmağa çağırır


Səs: Real audio
Paskal Bonnamur: «Azərbaycanda jurnalist olmaq çox çətindir» «Sərhədsiz Reportyorlar» Təşkilatı Azərbaycan hökumətini «Yeni Müsavat» qəzetinin fotojurnalisti Alim Kazımlının ölümü ilə bağlı təcili araşdırma aparmağa çağırıb. Təşkilat jurnalistin öldürüldüyünü bildirir: «Azərbaycanda son bir ildə ikinci dəfədir ki, jurnalist qətlə yetirilir. Ona görə də Azərbaycan hökuməti jurnalistlərə qarşı zorakılığa son qoymaq üçün təcili tədbirlər görməli, mətbuatı daha yaxşı qorumalıdır».



Qurum bu ilin əvvəlindən Azərbaycanda jurnalistlərə qarşı zorakılığın artdığını qeyd edir. «Azadlıq» qəzetinin əməkdaşları ilə bağlı qalmaqal, «Monitor» jurnalının müxbiri Əkbər Həsənovun oğurlanması, redaktoru Elmar Hüseynovun qətli, müxalifətçilərin mitinqi zamanı «Zerkalo» qəzetinin əməkdaşının döyülməsi misal gətirilir.



Təşkilat Alim Kazımlının döyülməsi ilə bağlı indiyə qədər araşdırma aparılmamasından təəccübləndiyini bildirir, Azərbaycanın daxili işlər naziri Ramil Usubovu məsələyə ədalətlə yanaşıb, günahkarları tapmağa çağırır.



«Sərhədsiz Reportyorlar» Təşkilatının Avropa ölkələri üzrə rəhbəri Paskal Bonnamur deyir ki, Azərbaycanda jurnalist olmaq çox çətindir. Onun fikrincə, Azərbaycanda jurnalistlərə qarşı sovet döründən qalma zorakılıq «ənənəsi» var.



«Yeni Musavat» qəzetinin fotojurnalisti Alim Kazımlı iyunun 19-da vəfat edib. Altı ay əvvəl o, həyat yoldaşına şəxsiyyət vəsiqəsi almaq üçün Nərimanov rayon Polis İdarəsində olarkən döyülmüş, sol tərəfi iflic olduğundan bir neçə ay xəstə yatmışdı. İyunun 17-də, ölümündən iki gün əvvəl isə o, komaya düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG