Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:15

M.Bryus:"Əfv fərmanı müsbət addım olsa da, problem qalır"


Səs: Real audio
25 cəzaçəkmə müəssisəsindən 100 nəfər məhbus azadlığa buraxıldı Avropa Şurası Qanunçuluq və İnsan Haqları Komitəsinin üzvü, Azərbaycandakı siyasi məhbus məsələləri üzrə məruzəçi Malkolm Bryus prezident İlham Əliyevin iyunun 20-də imzaladığı əfv fərmanını müsbət addım adlandırsa da, problemin hələ də qaldığını bildirir. «Biz yeni inkişafın olduğunu etiraf edirik. Lakin məsələnin bağlandığını deyə bilmərik. Çünki Komitə və Assambleyanın azad görmək istədiyi məhbuslar var. Mən bildiyim qədər onlar hələ də azad olunmayıb» - deyə, cənab Bryus «Azadlıq» radiosuna iyunun 21-də verdiyi müsahibədə bildirib.



O, bu fərmanı nəzərə alaraq Parlament Assambleyasının müzakirəsinə çıxarılacaq hesabata əlavə və düzəlişlər edəcəyini söyləyir: «Siyasi məhbus probleminin qapanması mənim səlahiyyətimdə deyil. Bunu, Komitə və Assambleya etməlidir. Lakin aydın görünür ki, Avropa Şurası ekspertlərinin siyasi məhbuslar siyahısında olan üç nəfər azad edilməyib və bu problemdir».



M.Bryusun sözlərinə görə, siyasi məhbuslarla bağlı hazırladığı hesabat hələ də Komitənin və Assambleyanın gündəliyindədir. Məsələ iyunun 22-də müzakirə olunacaq. Heç kəs gündəliyin dəyişdirilməsi barədə təşəbbüslə çıxış etməyib.



Məruzəçi əlavə edir ki, o, fərmanın detalları ilə hələ tam tanış ola bilməyib.
XS
SM
MD
LG