Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:34

Əfv fərmanı icra olundu


Səs: Real audio
25 cəzaçəkmə müəssisəsindən 100 nəfər məhbus azadlığa buraxıldı İyunun 21-də 25 cəzaçəkmə müəssisəsindən 100 nəfər məhbus azadlığa buraxıldı. Əfv olunanlar arasında hərbi hissəni özbaşına tərk etmə, oğurluq, qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə azadlıqdan məhrum olunanlar çoxluq təşkil edirlər.



İki il əvvəl həbs olunan Həsrət Həsənov deyir ki, cəza müddətinin bitməsinə 15 gün qalıbmış. Ramin Məmmədov isə Gürcüstanın Pankisi dərəsində qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərmə ittihamıyla 5 il müddətinə həbs olunubmuş. O, həbsxanadan çıxıb ailə quracağını deyir.



Məhkəmə Qərarları İcrası Baş İdarəsindən verilən məlumata görə, 1995-ci ildən verilən əfv fərmanlarıyla 4000-dən artıq məhkum azadlığa çıxıb.



Prezident İlham Əliyev iyunun 20-də imzaladığı fərmanla 100 nəfər məhbusu əfv edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG