Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:48

Gənclər qaçqınlara edilən humanitar yardımdan danışırlar


Səs: Real audio
Bu il bir sıra yeni ixtisaslar üzrə qəbul aparılacaq “14-24”də qonaqlarımız debatçılardır. İyunun 20-si Beynəlxalq Qaçqınlar günü idi. Debatçılar da elə bu günlə bağlı mövzu seçiblər. Onlar qaçqınlara edilən humanitar yardımdan danışacaqlar. Gəlin, bu barədə Turan BabayevVüsal Musayevin arqumentlərini dinləyək.



Turan Babayev: Azərbaycana edilən hər bir xarici humanitar yardım labüddür. Buna bizim ehtiyacımız var. Humanitar yardımlar bütün dövlətlərin təcrübəsində özünü doğruldub. Məsələn, Almaniya, Türkiyə və digər dövlətlər müharibədən sonra təkcə öz güclərinə deyil, həm də xarici dövlətlərin yardımı hesabına inkişaf edib.



Vüsal Musayev: Bu gün Azərbaycan qaçqınlarına edilən humanitar yardım özünü doğrultmur. İlk növbədə humanitar yardımın verilməsində müəyyən məqsədlər güdülür. Digər tərəfdən həmin humanitar yardım keyfiyyət baxımından geri qalır. Bu cür yardımlardan düzgün istifadə edilmir. Qaçqınlar onlara verilən keyfiyyətsiz məhsulları ucuz qiymətə başqalarına satırlar.



Turan Babayev: Öz milli mənafeyini güdən, inkişaf etmək istəyən hər bir dövlət ona edilən humanitar yardımdan məqsədli, mənafeyinə uyğun şəkildə istifadə edə bilər. Bizə xarici humanitar yardım olunmalıdır. Biz bir dövlət olaraq humanitar yardımlardan öz mərsədlərimizə uyğun şəkildə istifadə etməliyik. Və bu yardımlar nə qədər davamlı olarsa, bu, bizim lehimizədir.



Vüsal Musayev: Mən isə deyərdim ki, bu, bizim əleyhimizədir. Özgə ələ baxmaqdansa dövlət öz problemlərini özü həll edib, qaçqınlarına nə qədər çox qayğı göstərsə, bir o qədər yaxşı olar.
XS
SM
MD
LG