Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:33

İyunun 22-də ali məktəblərə tələbə qəbulu başlayır


Səs: Real audio
Bu il bir sıra yeni ixtisaslar üzrə qəbul aparılacaq İyunun 22-də Azərbaycanın ali məktəblərinə tələbə qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, bu il 27 dövlət və 15 özəl ali məktəbə qəbul aparılacaq. Qəbul yerlərinin ümumi sayı 29 minə yaxındır.



Sənəd qəbulu iyunun 22-dən iyulun 7-nə qədər Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində aparılacaq.



Bu il bir sıra yeni ixtisaslar üzrə qəbul olacaq. Məsələn, Azərbaycan Texniki Universitetində iqtisadiyyatın tənzimlənməsi, Azərbaycan Memarlıq və İnşaat Universitetində sığorta işinin təşkili, Bakı Dövlət Universitetində isə ekoloji kimya, urdu dili və ədəbiyyatı ixtisasları qəbul planına daxil edilib.



TQDK-nın sədri Məleykə Abbaszadə bu il təxminən 90.000 abituriyentin ali məktəblərə sənəd verəcəyini gözlədiklərini deyir.



İxtisaslar beş qrupa bölünür, abituriyentlər eyni ixtisas qrupuna aid səkkizədək ixtisas kodunu seçə bilərlər. Bu il bəzi ixtisasların ödəniş haqlarında dəyişiklik, yəni artım da var. Ötən illə müqayisədə 1-ci və 5-ci qruplarda qəbul planı azalıb, qalan ixtisas qruplarında isə artıb.
XS
SM
MD
LG