Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:53

«ABŞ bazaları Azərbaycanın qərbinə gəlir»


Səs: Real audio
İranla həmsərhəd Astara və Lerik rayonlarında xüsusi məxfi ərazilərin hazırlandığı bildirilir «Yeni Azərbaycan» qəzetindəki «Narıncı məzhəkə-şənbə mitinqi bu siyasi komediyanın rejissorlarını rüsvay etdi» sərlövhəli yazıda müəllif Azər Mənsimli yazır ki, radikal müxalifət aksiya keçirməklə əslində sərbəst toplaşmaq hüququnu gözdən salır ki, bu da cəmiyyətin gülüş hədəfinə çevrilir. Müəllif yazır ki, müxalifətçilərin əksəriyyətinin tək siyasi həyatı deyil, ümumilikdə vətəndaş kimi formalaşma prosesi, ətraf mühiti qavrama qabiliyyətləri məhz meydan və küçə ilə bağlıdır. Odur ki, heç kim onlar üçün meydan tribunasının deputat və ya məmur kreslosundan daha rahat olduğunu təkzib edə bilməz. Bu baxımdan radikal düşərgə siyasi iflasa məhkumdur və heç bir qüvvə onu bu məğlubiyyətdən sığortalaya bilməz.



«Bakı-Xəbər» qəzetindəki «Hakim komandada geosiyasi parçalanma» başlıqlı yazıda qeyd olunur ki, parlament seçkiləri yaxınlaşdıqca əliyevçi hakimiyyət dəstəsinin tərkibində indiyə qədərki ziddiyyətlərdən fərqli bir təzahür meydana çıxır. Qəzet yazır ki, ənənəvi olaraq hakimiyyət daxilində biznes maraqları və səlahiyyət bölgüsü üzərində formalaşmış qrupların çəkişməsindən söhbət gedirdi. Bu cəhətdən iqtidarda ən azı ona yaxın qruplaşmanın mövcudluğu və hətta konkret qrupların tərkibi və rəhbərləri barədə söz-söhbətlər yayılırdı. Qəzet yazır ki, yenilik ondadır ki, mənafe-maraq dəstələrinin dartışması geosiyasi qrupların çəkişməsinə keçib. Bu yeni qruplaşmaya varlı və kasıblar prinsipilə yanaşmanın düzgün olmadığını yazan müəllif qeyd edir ki, onların hər birini təmsil edənlər yetərincə sərvət və mülkiyyət sahibidirlər. Müəllif bu qrupları Qərb və Rusiyaya meylli olmaqla iki yerə bölür. Daha sonra yazılır ki, iri məmurların Vaşinqton və Moskva arasında seçim etməyə hazırlaşdıqları bir vaxtda prezident İlham Əliyev özü qeyri-müəyyən vəziyyətdə görünür. Müəllif hesab edir ki, cənab Əliyevin apardığı yalançı demokratik kurs onu Qərbin nəzərində etibarsız adama çevirib. Yazara görə, bəlkə də İlham Əliyev Qərbyönümlü siyasi kurs yeritməyə həvəslidir, lakin bunun ölkədə demokratik proseslərə hansı perspektiv yol açacağını düşünəndə onu xof basır, çünki hakimiyyəti itirə builər.



«Ayna» qəzetindəki «ABŞ bazaları Azərbaycanın qərbinə gəlir» başlıqlı yazıda İranla həmsərhəd Astara və Lerik rayonlarında xüsusi məxfi ərazilərin hazırlandığı qeyd olunur. Müəllif Cəsur Sümərinli hərbi qaynaqlara istinadən yazır ki, hazırda Astara və Lerik ərazisində gediş-gəliş üçün məhdudlaşdırılmış xüsusi ərazilər var. Bir sıra məlumatlara görə, həmin ərazilərdə raket bazaları yerləşdirilib, sonradan illər uzunu istifadəsiz qalmış bu yerlər yenidən nəzarətə götürülüb. Müəllif hesab edir ki, perspektivdə bu ərazilərdə ABŞ-a məxsus zenit-raket kompleksinin yerləşdiriləcəyi gözlənilir. Amma bütün bunlar Azərbaycan ərazisindəki yeganə Rusiya hərbi bazası olan - «Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasından və ya bu obyektin üçtərəfli–Azərbaycan-NATO və Rusiyaya istifadəyə verilməsindən sonra mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG