Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:27

V.Oskanyan paket razılaşmasının elementlərinin müzakirə olunduğunu bildirir


Səs: Real audio
Dağlıq Qarabağın hüquqi statusu aydınlaşmayana qədər başqa məsələlərin həlli mümkün olmayacaq Ermənistanın xarici işlər naziri Vardan Oskanyan iyunun 20-də Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlarda konkret mətn üzrində iş gedir və münaqişənin paket həlli variantının bütün elementləri müzakirə olunur. Onun sözlərinə görə, müzakirələr Qarabağın statusundan başlamış, qaçqınlar və təhlükəsizlik məsələlərinə kimi sahələri əhatə edir. Cənab Oskanyan sülhməramlı qüvvələrlə bağlı da müzakirələr aparıldığını, amma bu barədə danışmağın hələ tez olduğunu da deyib.



Nazir əlavə edib ki, Ermənistan üçün ən mühüm məsələ Qarabağın hüquqi statusudur və bu aydınlaşmayana qədər başqa məsələlərin həlli mümkün olmayacaq. Onun sözlərinə görə, xarici işlər nazirləri prezidentlərin Varşadadakı razılaşmasını canlandıra bilməyiblər: «Biz danışıqları davam etdirməyə və çox güman ki, iyulda yenidən görüşməyə razılaşdıq» - deyə, nazir bildirib.



V.Oskanyan görüşün detalları barədə məlumat verməkdən imtina edib. O, qeyd edib ki, prezidentlər irəli kiçik addım atıblar və nazirlərdən də bu prosesi daha da inkişaf etdirmələrini istəsələr də iyunun 17-də keçirilən Paris görüşündə onlar bu cür inkişafa nail ola bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG