Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:47

Mətbuatla bağlı sərəncam imzalandı


Səs: Real audio
Sənəddə milli mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur İyunun 20-də prezident İlham Əliyev «Azərbaycan milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında» sərəncam imzalayıb. Sənəddə Prezidentin İcra Aparatına tapşırılır ki, Mətbuat Şurası (MŞ) ilə birlikdə Bakı və respublikanın digər şəhər və rayonlarında yubiley tədbirlərinin keçirilməsini təmin etsin: «Bir ay müddətində MŞ, jurnalist təşkilatları və redaksiyaların təklifləri əsasında milli mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri prezidentə təqdim etsin».



Sərəncamda həmçinin Nazirlər Kabinetinə tapşırılır ki, Prezidentin İcra Aparatı ilə razılaşdırılmaqla MŞ-nın təqdim etdiyi layihələrin qismən maliyyələşdirilməsi, maddi-texniki təchizatı, ofis, nəqliyyat və s. ilə təmin edilməsi məsələlərinə baxsın.



Azərbaycan Jurnalistlər Konfederasiyasının sədri Azər Həsrət sərəncamı müsbət qarşılasa da, sonradan bu sənəddən siyasi məqsədlərlə istifadə ediləcəyindən narahatdır. O, eks-prezilent Heydər Əliyevin mətbuat vasitələrinə keredit verilməsi barədə sərəncamını xatırlayıraraq deyir ki, bu vəsait ancaq hakimiyyətə yaxın KİV-lərə verildi.



«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə bu sənədi İlham Əliyev hakimiyyəti dövründə mətbuatla bağlı ilk geniş sərəncam kimi qiymətləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG