Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:56

Xarici medianın builki seçkilərə marağı artıb


Səs: Real audio
Abidə bizim eradan əvvəl 4-cü minilliyin 2-ci yarısına aiddir Müxalif “Azadlıq” blokunun iyunun 18-də keçirdiyi yürüş-mitinq İran, ABŞ, Rusiya, Gürcüstan və digər ölkələrin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.



Belə bir güclü marağın nədən qaynaqlandığını müxtəlif media nümayəndələri müxtəlif cür izah edirlər.



“Assoşeyted Press” agentliyinin MDB üzrə bürosunun rəhbəri Gudit İnqrant həmin maraği mitinqlərdə iştirakçıların sayı ilə bağlayır.



“Bu kimi hadisələri biz çoxdan işıqlandırırıq. Əgər mitinqdə 10 min ya da 20 min insan varsa, əlbəttə, biz bu haqda məlumat veririk. Bu, sadəcə, bizim bütün keçmiş Sovet respublikalarında hadisələri izləməyimizlə bağlıdır”.



“Röyters” agentliyinin Bakıdakı müxbiri Rüfət Abbasov isə xarici medianın müxalifətin mitinqinə marağını post-Sovet məkanında baş verən inqilabi proseslərlə əlaqələndirir.



“Deməzdim ki, 2003-cü il seçkiləriylə miqayisədə biz bu il daha fəalıq. Sadəcə, iki il əvvəlki proseslərə nisbətdə dünya ictimaiyyətinin builki proseslərə marağı daha böyükdür. Bu da yəqin ki, son zamanlar Gürcüstan, Ukrayna, Livan və Qırğızıstanda baş verən inqilabi hərəkatlarla əlaqədardır. Yəni, dünya oxucuları post-Sovet məkanında müxalifətin hər hansı bir mitinqini “narıncı inqilab”ın başlanğıcı kimi qarşılayırlar”.



Azərbaycan Sosioloqlar Assosiasiyasının prezidenti Rüfət Quliyev isə neft amilinin çox vacib rol oynadığını düşünür.



“Yəqin ki, bu maraq yalnız seçkilərlə bağlı deyil. Amma seçkilər hər bir ölkənin siyasi həyatında çox mühüm bir mərhələdir. Ona görə təbii ki, seçki günü yaxınlaşdıqca, maraq get-gedə artacaq”.



Marağın artacağını xarici kütləvi informasiya vasitələrinin rəsmiləri də təsdiqləyirlər. Misal üçün, “Assoşeyted Press”dən aldığımız məlumata görə, agentlik seçkiqabağı Azərbaycana daha çox müxbir göndərəcək.
XS
SM
MD
LG