Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:10

Tovuzda qədim yaşayış məskəni aşkar olunub


Səs: Real audio
Abidə bizim eradan əvvəl 4-cü minilliyin 2-ci yarısına aiddir Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun ekspedisiyası Tovuzda Ağlıdərə adlı qədim yaşayış məskəni aşkar edib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazidə aparılan qazıntı zamanı üzə çıxan abidə bizim eradan əvvəl 4-cü minilliyin 2-ci yarısına aiddir.



Ekspedisiya qrupunun rəhbəri Tufan Axundov deyir ki, tapılmış nümunələr əsasında neolit dövründə Azərbaycanla qədim Mesopotomiyanın mədəni, iqtisadi və etnik əlaqələrini izləmək mümkün olub.



Arxeologiya və Etnoqrafiya İnstitutunda hesab edirlər ki, aşkar olunan yaşayış məskəni tarix dərslikləri üçün yaxşı vəsait olacaq.



BTC-nin keçdiyi Azərbaycanın Qərb bölgəsində aparılan qazıntılar nəticəsində indiyə qədər dörd belə qədim yaşayış məskəni üzə çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG