Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:48

Meriya «Azadlıq» seçki blokunun piketinə icazə vermədi


Səs: Real audio
ABŞ dövlət katibi dondurulmuş münaqişələrin həlli əvəzinə həmin bölgələrin iqtisadi inkişafını təklif edir ADP-AXCP-Müsavat partiyalarının daxil olduğu «Azadlıq» seçki blokunun iyunun 21-də Milli Məclis (MM) qarşısında piket keçirmək barədə müraciətinə rədd cavabı verilib.



Bakı Şəhər İcra Hakimiyyəti bu qərarını MM-in mühüm dövlət binası olması ilə əlaqələndirib.



«Azadlıq» seçki blokunun Mitinq Komitəsinin üzvü, AXCP-nin sədr müavini Həsən Kərimov meriyanın qərarının qanunsuz olduğunu bildirdi. Onun sözlərinə görə, qanun mühüm dövlət binaları qarşısında piketə icazə verir. Ancaq qarşıdurma yaratmamaq naminə cənab Kərimov meriyanın qərarına riayət edəcəklərini söylədi.



Müsavat Partiyasından isə bu məsələ ilə bağlı müzakirələr aparıldığı və günün sonunda qərar veriləcəyi bildirildi.



Blok parlamentdə Seçki Məcəlləsinə prezidentin təklif etdiyi şəkildə əlavə və dəyişikliklərin müzakirəsinə etiraz etmək niyyətində idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG