Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:12

Gənc rəssam Nərminə Vəliyevanın yaradıcılıq axtarışları


Səs: Real audio
ABŞ dövlət katibi dondurulmuş münaqişələrin həlli əvəzinə həmin bölgələrin iqtisadi inkişafını təklif edir “14-24”ün bugünkü qonağı 16 yaşlı rəssam Nərminə Vəliyevadır. Bu sənətə 9 yaşından maraq göstərən Nərminə ilk diplomunu da elə 9 yaşında alıb.



- 9 yaşıma qədər çəkə bilmirdim. Rəsm dərslərində mənim əvəzimə həmişə anam şəkil çəkirdi. Hətta müəllimlər “5” yazanda deyirdilər ki, qiyməti anana yazırıq. 9 yaşım olanda Bakıda Nika Safronovun sərgisi açıldı. Bu sərgidə “Pişik başlı qadın” əsəri var idi. Bu əsəri görəndən sonra daxilimdə sanki təkan oldu. Evə gəlib o əsəri yaddaşımda necə qalmışdısa, elə də çəkdim. Və o gündən sonra rəsm əsərləri çəkməyə başladım. İlk diplomumu isə 9 yaşımda “Xəzəri necə xilas etməli?” mövzusunda keçirilmiş müsabiqədə almışam.



Bu diplom Nərminənin layiq görüldüyü yeganə mükafat deyil. Gənc rəssamın əldə etdiyi uğurlar çoxdur.



- Yaponiyada 3 dəfə uşaqların beynəlxalq rəsm müsabiqəsi keçirilib. Orada qalib olmuşam. Amerikada keçirilmiş “Mən XXI əsrdə” adlı müsabiqədə 1-ci yerə layiq görülmüşəm. Rusiyada “Gənc modelyerin ilk addımları” adlı müsabiqə keçirilib. Həmin müsabiqənin 1-ci mərhələsi Bakıda olub. Burada mükafat almışam və məni Moskvaya – müsabiqənin final mərhələsinə göndəriblər. Orada da mən 3 nominasiya üzrə qalib gəlmişəm. Estoniyada böyük fərdi sərgim açılıb.



Nərminə bu sənətdə yolunu davam etdirmək və daha böyük uğurlar əldə etmək arzusundadır.



- Deyirlər ki, arzudan arzu doğur. Mənim arzularım da çoxdur. Təhsilimi xaricdə davam etdirmək, dünyanın gözəlliklərini görmək arzusundayam. Dahi rəssamların əsərlərinə reproduksiyalardan yox, böyük sərgi salonlarından baxmaq istəyirəm.



Nərminənin həmyaşıdlarına da arzusu var.



- Məqsədlərinə doğru kiçik addımlarla böyük yollar qət etsinlər.
XS
SM
MD
LG