Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

Azərbaycandan Qırğızıstana silah qaçaqmalçılığı?


Səs: Real audio
ABŞ dövlət katibi dondurulmuş münaqişələrin həlli əvəzinə həmin bölgələrin iqtisadi inkişafını təklif edir İyunun 17-də Qırğızıstan rəsmilərinin əks-inqilab kimi qiymətləndirdiyi hadisələrin törədicisinin Azərbaycanla bağlılığı iddia olunur.



Qırğızıstanın “Xabar”“Akipress” agentliklərinin yaydığı məlumata görə, hadisələrin təşkilatçısı – biznesmen, “Mekenim-Kırqıstan” hərəkatının başçısı Urmat Barıktabasov Azərbaycandan silah qaçaqmalçılığı ilə məşğul olub.



Bu haqda məlumatı Qırğızıstan baş nazirinin birinci müavininin səlahiyyətlərini icra edən Daniyar Usenov verib. Onun sözlərinə görə, prokurorluq bununla bağlı bir neçə cinayət işi açıb. Amma Askar Akayevin dövründə bu işlər məlum olmayan səbəblərə görə dayandırılıb. İndi Urmat Barıktabasovun Azərbaycandan silahı nə məqsədlə gətirdiyi yenidən araşdırılır.



Ekspert, istefada olan polis polkovnik-leytenantı İsaxan Aşurov isə Azərbaycandan Qırğızıstana silah aparılmasına inanmadığını deyir.



“Belə bir əməliyyatın aparılması imkansızdır. Dövlət səviyyəsində hansısa hərəkətlər etmək olar, amma qeyri-leqal yolla Azərbaycandan silah aparılması ağlabatan görünmür”.



Azərbaycandan silah qaçaqmalçılığında günahlandırılan Urmat Barıktabasovun namizədliyi Qırğızıstan prezidenti seçkilərində qeydə alınmayıb. Onun tərəfdarlarının iyunun 17-də Bişkekdə keçirdiyi kütləvi aksiyada 41 nəfərin yaralandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG