Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:30
Rubrikalar

Cənubi Qafqazda yeni siyasi elitalar


Səs: Real audio
ABŞ dövlət katibi dondurulmuş münaqişələrin həlli əvəzinə həmin bölgələrin iqtisadi inkişafını təklif edir Dəyirmi masada Azərbaycandan Amerikalı Məzunlar Assosiasiyasının sədri, Vaşinqton Universiteti politologiya fakültəsinin məzunu Fariz İsmayılzadə, Gürcüstandan politoloq, filosof, Qafqaz İnstitutunun sədri Gia Nodia, Ermənistandan Qafqaz Kütləvi İnformasiya Vasitələri İnstitutunun direktoru Aleksandr İsgəndəryan iştirak edir.



Fariz İsmayılzadə: “Azərbaycandan çoxları Qərbdə təhsil alıb, amma qayıdanda onlar daha çox şəxsi və ya əcnəbi şirkətlərdə işləyirlər. Dövlət orqanlarındakı mentalitet, düşüncə tərzi, aşağı əmək haqqı yeni elitanı dövlət idarələrindən qaçırır”.



Aleksandr İsgəndəryan: “Qərbə getmək, oxumaq, gəlmək ya da kompüter, ingilis dilinin gənc üçün adi olduğu vaxtda böyümək və Qərb dəyərlərini qəbul etmək – bunlar ayrı-ayrı şeylərdir. Qərbə gedir və qayıdırlar. Qayıdanda amerikalı, fransız ya da ingilis yox, erməni, azərbaycanlı, gürcü qayıdır”.



Gia Nodia: “Mən Aleksandrla razı deyiləm. Əlbəttə, Amerikada oxuyub gələn gürcü, azərbaycanlı, erməni kimi gəlir. Amma artıq başqa gürcü, başqa azərbaycanlı, başqa erməni kimi qayıdır. Onlarda hamısında olmasa da, dəyərlər dəyişir. İslahat potensialı böyük olur”.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG