Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:00

K. Rays rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək


Səs: Real audio
ABŞ dövlət katibi dondurulmuş münaqişələrin həlli əvəzinə həmin bölgələrin iqtisadi inkişafını təklif edir ABŞ dövlət katibi Kondoliza Rays Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Müzakirə iyunun 18-də Şotlandiyada başlayan böyük səkkizliyin toplantısında baş tuta bilər.



ABŞ Dövlət Departamentində keçirilən toplantıda xanım Rays dondurulmuş münaqişələri, xüsusən də Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklərini deyib.



K.Rays onu da deyib ki, Rusiyanın xarici işlər naziri ilə görüşündə əsas toxunacağı məqam - dondurulmuş münaqişələrin həlli əvəzinə həmin bölgələrin iqtisadi inkişafı olacaq. Onun sözlərinə görə, belə bir razılığın əldə edilməsi böyük irəliləyiş olardı.



İyunun 18-də Şotlandiyada başlayan böyük səkkizliyin toplantısı üç gün davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG