Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:08

Ümumrusiya Azərbaycanlıları Konqresi Volqoqrad qəzetini məhkəməyə verib


Səs: Real audio
Onlar AŞ PA-nı Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsini təxirə salmamağa çağırırlar Bugünkü “Qlobus”un qonaqları:



- Ümumrusiya Azərbaycanlıları Konqresinin Volqoqrad regional şöbəsinin sədri Sakit Allahverdiyev;



- Suriyada oxuyan azərbaycanlı tələbə Aydın Salehli;



- Və İsveç Azərbaycanlıları Gənclər Federasiyasının sədri Nərqiz Nədai.



- Ümumrusiya Azərbaycanlıları Konqresinin Volqoqrad bölməsinin sədri Sakit Allahverdiyev deyir ki, Volqoqradda 80 minə yaxın azərbaycanlı yaşayır. Şəhərdə çıxan "Nedelya qoroda" qəzetinin 9 fevral 2005-ci il tarixli sayında azərbaycanlıların əleyhinə fikirlər söylənilib. Sonradan həmin qəzetdə bu cür yazılar yenidən yer alıb. Bununla bağlı Konqresin Volqoqrad bölməsi qəzeti məhkəməyə verib.



- Növbəti qonağımız Suriyada oxuyan azərbaycanlı tələbə Aydın Salehlidir. O, Bakıda orta məktəbi bitirdikdən sonra Dəməşqdəki İslam Universitetinə qəbul olunub. Hazırda beşinci kursda oxuyur.



- Bu günlərdə İsveçin Qotenborq şəhərində bu ölkədə yaşayan azərbaycanlı gənclərin federasiyası təsis olunub. Federasiyanın rəhbəri Nərqiz Nədaidir. O, altı yaşından İsveçdə yaşayır, İran Azərbaycanındandır. Hazırda universitetdə iqtisadiyyat bölməsində oxuyur.



“Qlobus”da deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşmək istəyənlər “Azadlıq” radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG