Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:51

Xarici işlər nazirləri Parisdə görüşdülər<p align=`left`><br><br>


Səs: Real audio
Onlar AŞ PA-nı Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsini təxirə salmamağa çağırırlar İyunun 17-də Parisdə ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüş Fransa Xarici İşlər Nazirliyində keçirilib. Az sonra danışıqlara Ermənistanın xarici işlər naziri Vardan Oskanyan da qoşulub.



Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlə bağlı hər hansı məlumat verilməyəcək.



Müzakirələr iyunun 16-da başlayıb. Həmsədrlər artıq öz aralarında məsləhətləşmələr aparıblar. Paris görüşü Praqa prosesinin davamı kimi nəzərdən keçirilir.



Görüşdən qabaq “Azadlıq” radiosuna müsahibədə Vardan Oskanyan bildirib ki, indiki müzakirədən ciddi nəticə gözlənilmir.



Onun sözlərinə görə, Elmar Məmmədyarovla görüş prezidentlərin Varşava razılaşmasını çərçivə halına salmaq və mümkün olsa, bunu kağıza köçürmək - sənədləşdirməkdən ibarət olacaq.
XS
SM
MD
LG