Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:27

Seçki Məcəlləsinə dəyişikliklər layihəsi birinci oxunuşda qəbul edildi


Səs: Real audio
Onlar AŞ PA-nı Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsini təxirə salmamağa çağırırlar Azərbaycan parlamenti Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı prezidentin göndərdiyi təklifləri birinci oxunuşda qəbul etdi.



Parlamentdə müxalifəti təmsil edən millət vəkilləri isə prezidentin təkliflərində yalnız texniki düzəlişlər olduğunu deyərək bu dəyişikliklərlə demokratik seçkilər keçirməyin mümkün olmadığını söylədilər.



“Düzəlişlər layihəsinin bu şəkildə müzakirəyə çıxarılması hakimiyyətin ölkədə azad seçki keçirmək fikrində olmadığını göstərir” deyən AXCP-dən olan deputat Qulamhüseyn Əlibəylinin fikrincə, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi prinsipial məsələdir. Çünki, komissiyaların tərkibində YAP-ın üstünlüyü seçkilərin demokratikliyinə imkan vermir.



Qulamhüseyn Əlibəylinin fikrincə, seçki komissiyaları formalaşdırılarkən elə bir üsul seçilməlidir ki, o, həm hakimiyyəti, həm çoxluğu, həm də azlığı təmin etsin.



Yeni Azərbaycan partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının fikrincə isə, bəzi müxalif dairələr Seçki Məcəlləsindəki müsbət müddəalara hücum etməklə, onların texniki xarakterli olduğunu deməklə bu dəyişiklikləri gözdən salmağa çalışırlar. Əslində isə bu dəyişikliklər Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün geniş imkanlar yaradır.



Mübariz Qurbanlı deyir ki, müxalifət bu hücumları ilə gələcək məğlubiyyətini sığortalamaq niyyəti güdür. Komissiyaların paritet əsaslarla təşkili məsələsi də bunun üçün ortaya atılıb. Əslində isə komissiyalar paritet əsaslarla təşkil edilib. Hətta parlamentdə təmsil olunmayan partiyaların nümayəndələri də seçki komissiyalarında təmsil olunurlar.



YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Musayev isə dedi ki, əgər Mərkəzi Seçki Komissiyasının tərkibi bütövlükdə dəyişdirilsə belə, müxalifət yenə də öz iddiasından əl çəkməyəcək.



Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Əli Quliyevin sözlərinə görə isə, bu gün bütün beynəlxalq institutlar təkidlə Azərbaycanda seçki komissiyalarının tərkibinin dəyişdirilməsini tələb edirlər. Elə Azərbaycan cəmiyyətinin özündə də belə bir fikir formalaşıb ki, ictimai etimada malik olmayan seçki komissiyaları ilə demokratik seçki keçirmək mümkün deyil.



Əli Quliyev deyir ki, seçki komissiyası tərəfsiz olmalıdır. O, seçkilərdə müstəqil hakim rolunda çıxış etməlidir. Yalnız bu halda ölkədə azad və ədalətli seçki keçirilməsi mümkündür.
XS
SM
MD
LG