Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:12

30-dan artıq qurum Avropa Şurasına müraciət etdi<p align=`left`><br><br>


Səs: Real audio
Onlar AŞ PA-nı Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsini təxirə salmamağa çağırırlar 30-dan artıq partiya, qeyri-hökumət təşkilatı və kütləvi informasiya vasitəsi Avropa Şurasının baş katibi Terri Devis və prezident İlham Əlyievə müraciət edib.



Müraciətdə deyilir ki, seçki ərəfəsində olan ölkədə siyasi motivli həbs və məhkəmələrin sayı artır. Hakimiyyət bir neçə siyasi məhbusu azadlığa buraxsa da, siyasi motivli həbsləri davam etdirir. Buna görə də müraciət müəllifləri Avropa Şurası Parlament Assambleyasını (AŞ PA) Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsini təxirə salmamağa çağırırlar.



Sənədə imza atan «FAR-SENTER» İqtisadi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə problemin həll olunmamış qaldığını və seçki ərəfəsində yeni siyasi məhbuslar ordusunun yaranacağını deyir.



Cənab Hacızadə bildirir ki, Azərbaycan AŞ PA qarşısında yalnız siyasi məhbusları azad etmək öhdəliyi götürməyib: «Həmin öhdəliklərin mahiyyəti siyasi motivli həbs və hökmlər təcrübəsindən imtina etmək, siyasi rəqiblərə qarşı qanunsuz mübarizəyə son qoymaqdan ibarətdir».



Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Vaqif Səmədoğlu isə hesab edir ki, siyasi məhbus məsələsi qapanmış mövzudur: «Bu yöndə hakimiyyət yetərincə addımlar atıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG