Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:21

C.Bukikkio: “Azərbaycanda heç olmasa bir dəfə yaxşı seçki keçirilməlidir”


Səs: Real audio
Böyük Britaniyanın Xaricdə Ədalətli Məhkəmə Təşkilatı problem tez bir zamanda həllini tapmasa Azərbaycanla mübahisələrin yaranması üçün kifayət qədər əsaslar olacağını bildirir Bakıda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio iyunun 17-də rəsmi şəxslərlə keçirəcəyi görüşdə Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı komissiyanın tövsiyələrini müzakirə edəcək.Cənab Bukikkio “Azadlıq” radiosuna verdiyi müsahibədə bildirib ki, o, Azərbaycan hakimiyyətinə əsasən noyabrda azad və ədalətli seçki keçirilməsi barədə mesaji çatdırmaq istəyir.



“Mənim Azərbaycan hakimiyyətinə çatdırmaq istədiyim əsas mesaj budur. Noyabrda azad və ədalətli seçki keçirilməlidir. Çünki bu seçkilər Azərbaycanda demokratiyanın səviyyəsini müəyyənləşdirmək üçün vacib bir test olacaq” – deyə, C.Bukikkio bildirir.



O, qeyd edir ki, Milli Məclisə təqdim edilmiş Seçki Məcəlləsinə dəyişikliklər layihəsinin son variantında bəzi müsbət məqamlar var. Lakin iki əsas problem hələ də həll olunmamış qalır. Bunlardan ən vacibi isə seçki komissiyalarının təşkil olunması məsələsidir. Canni Bukikkio deyir: “Bu məsələdə kompromisin tapılması çətindir. Lakin çox vacibdir. Konsensus əldə olunmalı və bütün maraqlı tərəflərin rəyi nəzərə alınmalıdır”.



Hökumətin komissiyalar məsələsində güzəştə gedib-getməyəcəyi barədə suala cavabında Venesiya Komissiyasının katibi belə cavab verdi: “Mən təbiətcə optimist adamam. Azərbaycanın maraqları naminə Seçki Məcəlləsində müsbət dəyişikliklərin edilməsinə ümid edirəm. Ən mühüm məsələ odur ki, Azərbaycanda heç olmasa bir dəfə yaxşı seçki keçirilməlidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG