Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:03

İranda seçkilərin Azərbaycana təsiri olacaqmı?


Səs: Real audio
«Amerika ağ kəpənəyi» bir gündə on illik böyük bir ağacın yarpaqlarını məhv edir Azərbaycanlı ekspertlər İranda keçirilən prezident seçkilərində mövcud namizədlərdən daha çox Əli Əkbər Haşimi Rəfsəncanini şanslı hesab edirlər.



«Ayna» qəzetinin şərhçisi Sədrəddin Soltan deyir ki, islahatçılar düşürgəsindən həm doktor Mustafa Moinin, həm də Mehdi Kərrubinin namizədliyinin irəli sürülməsi bu düşərgədə səslərin parçalanmasına xidmət edə bilər. Əli Əkbər Haşimi Rəfsəncani isə həm mühafizəkarların, həm də iqtisadi maqnatların gücünə arxalanır.



Sədrəddin Soltan qeyd edir ki, İranda bir sıra siyasi müşahidəçilər qalibin ikinci turda müəyyənləşəcəyini istisna etmirlər. Onun sözlərinə görə, Haşimi Rəfsəncaninin seçki proqramında etnik məsələlərə, o cümlədən də İranda yaşayan azərbaycanlıların problemlərinə toxunulmur. Bu kimi məsələlərə əsasən islahatçı namizədlər Mustafa Moinlə Mehdi Kərrubinin və bir də Möhsün Mehrəlizadənin platformalarında rast gəlmək olar. Onlar konstitusiya ilə xalqlara verilən hüquqları təmin etməyi öhdələrinə götürürlər.



Sədrəddin Soltan deyir ki, Möhsün Mehrəlizadə İranda yaşayan azərbaycanlılardandır və onun namizədliyinin qeydə alınması da azərbaycanlıların bu seçkidə fəallığını artırmağa xidmət edir.



Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə deyir ki, İranda prezident seçkilərinin nəticələri bu ölkə ilə Azərbaycanın münasibətlərində xüsusi bir yeniliyə səbəb olmayacaq. İranda istər islahatçıların, istərsə də mühafizəkarların namizədi qələbə çalsın, bu ölkənin Xəzərin statusu ilə bağlı mövqeyi dəyişməyəcək.



Ancaq bir qədər fərqli düşünənlər da var. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, İranda nüvə istehsalında maraqlı olan şəxsin hakimiyyətə gəlməsi bu ölkəylə qonşuların, o cümlədən də Azərbaycanın münasibətlərində müəyyən problemlər meydana çıxara bilər. Çünki, İranın nüvə istehsalı bu ölkə ətrafında halqanın daralmasına gətirib çıxaracaq ki, onda Azərbaycan da qəti mövqe bildirmək məcburiyyəti qarşısında qalacaq. “Ya Qərb ölkələri ilə, ABŞ-la birlikdə olmaq, ya da İranı müdafiə etmək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG