Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10

Quba və Xaçmaz meşələri həşəratların hücumuna məruz qalıb


Səs: Real audio
«Amerika ağ kəpənəyi» bir gündə on illik böyük bir ağacın yarpaqlarını məhv edir Quba-Xaçmaz bölgəsinin meşə örtüyü «Amerika ağ kəpənəyi» adlanan həşəratların hücumuna məruz qalıb. Xaçmaz, Dəvəçi, Siyəzən və Xızı rayonlarında bu kəpənək daha çox yayılıb.



Bölgə sakinlərinin bildirdiyinə görə, «Amerika ağ kəpənəyi» sürətlə çoxalan həşəratdır, bir gün ərzində on illik böyük bir ağacın yarpaqlarını məhv edə bilir.



Artıq həyətyanı sahələrdə və bağlarda da həşəratlara rast gəlinir. Həşərat təkcə yarpaqları deyil, ağacın barını da yararsız hala salır. Sakinlər onu da deyirlər ki, müxtəlif üsullarla həşaratlara qarşı mübarizə aparsalar da, heç bir nəticəsi olmur. Ona görə də, bağlardakı xəstə ağacları yandırmalı olurlar.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional şöbəsinin rəisi Mikayıl Manafovun dediyinə görə, artıq 10-15 gündür ki, 150 nəfər meşə mühafizəçisi həşəratlarla mübarizə aparır.



İyunun 16-da Bitki-Mühafizə Stansiyasının rəisi Müdafiə Səfərov problemlə bağlı bölgəyə gəlib. Xaçmaz Bitki Mühafizə İdarəsinin rəisi Mövlud Ələsgərovun sözlərinə görə, iyunun 17-dən başlayaraq ağaclara kimyəvi tərkibli dərman səpiləcək və digər profilaktik tədbirlər görüləcək.



Şamaxı-İsmayıllı-Qəbələ zonasında isə uzunluğu bir santimetr olan qabıqyeyən qurdlar meşə və bağlara böyük ziyan vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG