Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:19

"Sərhədsiz Reportyorlar" jurnalistin qətli ilə bağlı istintaqın gedişindən narahatdır


Səs: Real audio
Sərhədsiz Reportyorlar təşkilatinin Avropa işləri üzrə proqram direktoru Paskal Bonnamur «qətli sifariş edənlərin kim olduğunu bilmək istəyirik»- deyir Mərkəzi qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar təşkilati bu ilin martında qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı istintaqın gedişindən narahatdır. Bunu «Azadlıq» radiosuna təşkilatın Avropa işləri üzrə proqram direktoru Paskal Bonnamur bildirdi.



Onun sözlərinə görə, rəsmi dairələr fəal istintaq əməliyyatları aparıldığını desələr də Sərhədsiz Reportyorlar istintaqın gedişindən narahatdır. P.Bonnamur: “Çünki hakimiyyət bizə yalnız qatillərin kim olduğunu deməyə çalışır. Problemsə ondadır ki, biz həm də bu qətli sifariş edənlərin kim olduğunu bilmək istəyirik».



Xanım Bonnamur hesab edir ki, E.Hüseynovun qətlinin üstünün tez açılması Azərbaycan hakimiyyətinin əsas vəzifəsi olmalıdır və seçki ilində belə bir cinayətin açıq qalması rəsmi Bakıya problemlər yaradacaq.



İstintaq orqanları iki Gürcüstan vətəndaşının bu qətldə şübhəli olduğunu və onların barəsində axtarış elan edildiyini bəyan edib. Amma axtarış xeyli vaxtdır elan olunsa da, yardım üçün Gürcüstan rəsmilərinə yalnız bu yaxınlarda müraciət olunub. Bu isə, xanım Bonnamur sözlərinə görə, istintaqın gedişi ilə bağlı suallar doğurur.



Sərhədsiz Reportyorların nümayəndəsi həm də seçki prosesini işıqlandıran jurnalistlərə qarşı təyziqlərdən narahat olduğunu deyir.



Mayın 21-də müxalifətin yürüş-mitinqində polislərin «Zerkalo» qəzetinin müxbiri Fərid Teymurxanlını döyməsini misal çəkən Xanım Bonnamur Azərbaycan hakimiyyətini belə hallara yol verməməyə çağırır. O, jurnalistə qarşı zor işlədən polis əməkdaşının Daxili İşlər Nazirliyidən uzaqlaşdırılmasını təqdirəlayiq addım kimi dəyərləndirir.



Bu ilin mayında Bakıda İlham Əliyevlə görüşdüyünü və prezidentin bundan sonra jurnalistlərə qarşı zorakılıqlara yol verilməyəcəyi barədə söz verdiyin xatırlayan xanım Bonnamur bunun əksini gördüyünü deyir. «Aydındır ki, hakimiyyət inqilabın baş verəcəyindən narahatdır. Seçki ilidir və noyabra kimi çoxlu sayda mitinq və yürüşlər olacağı gözlənilir. Bu tədbirləri işıqlandıran mətbuat işçilərinin hüquqları qorunmalıdır»- deyə, o, fikrini yekunlaşdırır.
XS
SM
MD
LG