Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:06
Rubrikalar

Azərbaycanın futbol yığması əvvəlkitək 116-cı yerdədir


Səs: Real audio
Meriya aksiyaçıların qarşısında dövlət əleyhinə şüarlar səsləndirməmək şərti qoyub - Azərbaycan yığmasının FIFA-nın reytinq cədvəlindəki yeri dəyişməyib. Ötən ay olduğu kimi, bu ay da Azərbaycanın futbol yığması 420 xalla 116-cı yerdədir.



Bu müddət ərzində Azərbaycan futbolçuları İranla yoldaşlıq görüşündə 0-1, Polşa ilə dünya çempionatının təsnifat mərhələsində isə 0-3 hesabıyla məğlub olub.



Polşayla oyundan sonra komandanın baş məşqçisi Karlos Alberto Torres istefa verib, onun əvəzinə müvəqqəti olaraq Vaqif Sadıqov təyin olunub.



Ötən ayla müqayisədə reytinq cədvəlinin ilk üçlüyü dəyişməyib. Braziliya 829 xalla birinci, Çexiya 790 xalla ikinci, Argentina 785 xalla üçüncü yerdədir.



- Azərbaycanın yüngül atletika üzrə yığma komandası iyunun 18-19-da İstanbulda Avropa Kuboku yarışlarında iştirak edəcək. Azərbaycanı baş məşqçi Kamil İsgəndərovun rəhbərliyi ilə müxtəlif növlərdə yarışan 29 atlet təmsil edəcək.



- Afina Olimpiadasının güllə atıcılığı üzrə bürünc medalçısı İradə Aşumova Dünya Kuboku yarışlarının Milanda keçirilən növbəti mərhələsində üçüncü yerə çıxıb. Ondan əvvəlki yerləri Bolqarıstan idmançıları – Mariya QrozdevaYevqeniya Xaluza tutub.
XS
SM
MD
LG