Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:03

Tələbə Bakının elektron xəritəsini hazırlayıb


Səs: Real audio
Robin Sivord bunu müsbət qiymətləndirir “14-24”ün bugünkü qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi 21 yaşlı Şahin Nəbiyevdir.



Şahin Bakının elektron xəritəsini özündə əks etdirən bir proqram hazırlayıb. Bu proqram paytaxtda azmamağa və şəhərin istənilən məntəqəsi barədə məlumat əldə etməyə imkan verir. Proqram barədə ətraflı məlumatı Şahinin özündən eşidək.



- Bu proqram məlumat bazası əsasında işləyən bir proqramdır. Buraya biz məntəqələri daxil etmişik. Bu məntəqələr barədə istənilən məlumatı proqram vasitəsilə əldə etmək olar. Məsələn, bir şəxs şəhərin bir məntəqəsindən digərinə getmək istəyirsə, yerləşdiyi və getmək istədiyi məntəqəni proqramda seçməklə bu məntəqələr arasındakı ən qısa məsafə və bu məsafəni hansı marşrutla gedə biləcəyi barədə məlumat əldə edə bilər. Gələcəkdə şəhərdə yeni məntəqə salınarsa, istifadəçi özü onu bu proqrama daxil edə bilər. Belə proqramdan xaricdə geniş istifadə olunsa da, Azərbaycanda bu yenidir.



Şahin paytaxta gələn xarici qonaqları da nəzərə alaraq bu proqramı 3 dildə - Azərbaycan, rus və ingilis dillərində tərtib edib. Gələcəkdə isə müəllimlərinin köməyi ilə onu daha da təkmilləşdirmək fikrindədir.



- Gələcəkdə müəllimlərimin köməyi ilə çalışacağıq ki, bu proqram təminatını daha da təkmilləşdirək, 3 ölçülü varianta gətirək. 3 ölçülü variantda isə onu nəinki yer səthində, həm də hava nəqliyyatında istifadə etmək olar. Bu xəritədə hələ ki, təkcə Bakının ərazisi təsvir olunub. Gələcəkdə fikrimiz var ki, bütövlükdə Azərbaycanın ərazisini bu proqram təminatına daxil edək. Yəni, bu xəritədə Azərbaycanda olan bütün məntəqələr haqqında məlumat olsun.



Şahinin ən böyük arzusu isə bu proqramın Azərbaycanda geniş yayılmasıdır.



- Arzum budur ki, bu proqram Azərbaycanda geniş istifadə olunsun.
XS
SM
MD
LG