Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:56

Hökumət ATƏT-i parlament seçkisini izləməyə dəvət edib


Səs: Real audio
Robin Sivord bunu müsbət qiymətləndirir Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu noyabrda keçiriləcək parlament seçkisini müşahidə etməyə dəvət edib.



ATƏT-in Bakı Ofisinin rəhbər müavini Robin Sivord dəvəti müsbət qiymətləndirir. «Müşahidəçilərin sayı isə onları göndərən ölkələrin arzusu və maliyyə imkanlarından asılı olacaq» - deyə, o, bildirir .



Cənab Sivord deyir ki, bu dəvət Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 2003-cü ilin prezident seçkilərindən sonra ATƏT-in Azərbaycan hökumətinə etdiyi tövsiyələrdən bəziləri qəbul olunub: «Qarşıdan parlament seçkilərinin gəldiyini nəzərə alsaq, bu yöndə görüləsi işlər çoxdur».



ATƏT-in Bakı Ofisinin rəhbər müavini ediləcək tövsiyələrin ölkənin inkişafına müsbət təsir göstərəcəyini düşünür.
XS
SM
MD
LG