Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:08

Vaşinqtondan Əbülfəz Paşaoğlu amerikalı tədqiqatçı Brenda Şafferin kitabı ilə tanışlığı davam etdirir


Səs: Real audio
Baronessa Sara Ludford: «Mən Britaniya vətəndaşının çantasında tapançanın tapılması barədə ittihamın etibarlılığına inanmıram» Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baronessa Sara Ludford Azərbaycanda həbs olunmuş Almaz Quliyevanın dərhal azad olunmasını tələb edir.



O, bunun üçün hətta Bakiya səfər etməyə hazır olduğunu da bildirir. Xanım Ludford deyir: «Mən Bakıya getməyə hazıram. İki il bundan qabaq ədalətsizcəsinə ittiham olunmuş başqa bir seçicimin azad olunması üçün Türkiyəyə getmişdim. Bakı Londondan o qədər də uzaq deyil. Amma ümüd edirəm ki, məsələ bu səviyyəyə gəlib çıxmayacaq».



İyunun 14-də B. Ludford Londonda Azərbaycanın Böyük Britaniyadakı səfiri Rəfael İbrahimovla görüşüb.



Görüşdən sonra «Azadlıq» radiosuna müsahibə verən xanım Ludford Britaniya vətəndaşına qarşı irəli sürülmüş ittihamlara inanmadığını və onun azad olunmasına çalışdığını bildirdi. Onun sözlərinə görə, artıq Almaz Quliyevanın azad olunması üçün Britaniyanın xarici işlər nazirinə məktub yazıb, Britaniyanın Azərbaycandakı səfiri ilə telefonla danışıb.



«Xanım Quliyeva hazırda xəstəxanadadır. Mənim əsas narahatlığım onun lazım olan tibbi müalicəni alıb-almamasıdır. Bunun üçün onun Londana qayıtması yaxşı olardı» - deyə, B. Ludford bildirir.



Lordlar Palatasının üzvü Britaniya vətəndaşının çantasında tapançanın tapılması barədə ittihamın etibarlılığına və dürüstlüyünə inanmadığını deyir. O, hesab edir ki, Azərbaycan hökuməti əsas diqqəti bu işin humanitar təfərinə yönəltməlidir.



Xanım Ludford Britaniya vətəndaşı tezliklə ailəsinə qovuşmasa, bu məsələni üzvü olduğu Avropa Parlamentinə də çıxarmaq niyyətində olduğunu bildirir.



Məsələ ilə artıq Britaniya parlamentinin başqa üzvləri, Avropa Şurası Parlament Assambleyasının üzvü liberal-demokrat Malkolm Bryus, Əmək Partiyasından deputat olan Rudi Viz də məşğuldurlar.



Eks-spiker, ADP sədri Rəsul Quliyevin yaxın qohumu, Böyük Britaniya vətəndaşı Almaz Quliyeva iyunun 3-də Bakıda H.Əliyev adına beynəlxalq hava limanında saxlanıb. Rəsmi dairələr onun çantasında odlu silah aşkarlandığını iddia edirlər. Dindirilmə zamanı xanım Quliyevanın səhhəti pisləşib və o, polis nəzarətində xastəxanaya yerləşdirilib.
XS
SM
MD
LG