Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:44

Müxalifət Seçki Məcəlləsində mübahisəli məqamların qaldığını bildirir


Səs: Real audio
Prezident İlham Əliyev ölkədəki sabitliyi pozmaq istəyənlərin cəzalanacagını deyir Parlamentin Dövlət quruculuğu və hüquq siyasəti məsələləri daimi komissiyasının sədri Əli Hüseynov deyir ki, prezidentin Seçki Məcəlləsinə təklif etdiyi əlavə və düzəlişlərdə çox ciddi yeniliklər var. Dövlət başçısının parlamentə göndərdiyi sənəddə ilk növbədə komissiya üzvlərinin səlahiyyətləri artırılıb. Yəni, onlar müzakirə ediləcək məsələlər və o cümlədən bir sıra qərarlarla bağlı əvvəlcədən məlumatlandırılacaqlar.



Əli Hüseynovun sözlərinə görə, növbəti yeniliklərdən biri də seçki vəsiqələrinə möhürlərin vurulmasıdır.



“Bu, bir şəxsin bir neçə dəfə səs verməsinin qarşısını alacaq”.



Əli Hüseynov deyir ki, layihədə həmçinin seçkinin nəticələrinin elan edilmə müddəti də bir qədər azaldılıb. Bundan başqa, mühüm yeniliklərdən biri də depozitlərin miqdarının azaldılmasıdır.



Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli isə deyir ki, həmin əlavə və düzəlişlərdə bir sıra çox ciddi tələb və tövsiyələr nəzərə alınmayıb. Söhbət ilk növbədə komissiyaların paritet əsasda formalaşdırılmasından gedir.



Əli Kərimli təəssüflə qeyd edir ki, bu sənəddə istər onların, istərsə də beynəlxalq təşkilatların təklif və tövsiyələri nəzəra alınmayıb.



Ancaq onun deputat həmkarı Əli Hüseynov deyir ki, komissiyaların paritet əsasda formalaşması seçki prosesinin pozulmasına gətirib çıxara bilər. Yəni, müxalifətdən olan komissiya üzvləri onlara verilən imkanlardan birtərəfli qaydada öz düşərgələrinin xeyrinə istifadə edərlər.



“2003-cü il prezident seçkilərində müxalifətdən olan komissiya üzvlərinin hamısı İlham Əliyevin namizədliyinin əleyhinə səs vermişdilər. Onları əslində seçkilərin demokratik keçirilməsi yox, partiya maraqları düşündürürdü”.



Əli Kərimli isə deyir ki, iki il əvvəl Mərkəzi Seçki Komissiyasına üzv olan müxalifətçilərin heç də hamısı İlham Əliyevin namizədliyinin əleyhinə səs verməmişdi. Ancaq müxalifətçi komissiya üzvlərinin hamısının İlham Əliyevin əleyhinə səs vermələri belə komissiyaların yenidən hakimiyyətin nəzarətində saxlanılmasına haqq qazandırmır.



Əli Kərimli hesab edir ki, seçkilər tam şəffaf şəraitdə keçirilərsə, kimsənin şəxsi maraqlardan çıxış etməsinə ehtiyac qalmaz. Buna cəhd göstərənlər isə yalnız özlərini pis vəziyyətdə qoya bilərlər.



AXCP sədri qeyd edir ki, sənəddə seçki vəsiqələrinə möhür vurulması da ciddi irəliləyiş kimi təqdim edilə bilməz.



“Seçki vəsiqələrini hökumət hazırlayacaq. Kim zəmanət verir ki, onlar xüsusi şəxslərə 5-10 vəsiqə verməyəcəklər”.



Əli Kərimli deyir ki, əslində vəsiqələrdənsə seçicilərin barmağına xüsusi məhlullar vurmaqla bir şəxsin bir neçə yerdə səs verməsinin qarşısını almaq olardı. Onun sözlərinə görə, bu sənəddə istər müşahidəçilərin səlahiyyətlərinin artırılması, istərsə də seçici siyahıları ilə bağlı çox ciddi məsələlər yaddan çıxarılıb. Halbuki, həmin məsələlərin həlini tək onlar yox, Venesiya Komissiyası da vacib sayırdı.



Hüquqşünas-ekspert Hafiz Həsənov isə deyir ki, Seçki Məcəlləsi ilə bağlı müzakirələrin belə uzanması o qədər də yaxşı hal deyil. Əslində bütün tərəflərin etimad göstərdiyi məcəllə seçkidən çox-çox əvvəl qəbul edilməlidir ki, cəmiyyət bütün bu yeniliklərə hazırlaşa bilsin.



Hafiz Həsənov deyir ki, hakimiyyət indi bir qədər çətin vəziyyətdədir. Bir tərəfdən müxalifətin və beynəlxalq təşkilatların komissiyaların yenidən formalaşdırılması ilə bağlı tələblərini yerinə yetirmək istəmirlər. Çünki, hesab edirl
XS
SM
MD
LG