Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:11

YAP yürüş-mitinq keçirdi<p align=`left`><br><br>


Səs: Real audio
Prezident İlham Əliyev ölkədəki sabitliyi pozmaq istəyənlərin cəzalanacagını deyir İyunun 15-də hakim Yeni Azərbaycan Partiyası «Qurtuluş» günü münasibətilə icazəli yürüş-mitinq keçirdi. «20 Yanvar» meydanında toplaşan bir neçə min aksiyaçı Dövlət Filmfondunun binasının qarşısına doğru hərəkət etdi.



Mitinqçilər «Heydər Əliyev yolu əsas yolumuzdur!», «YAP gələcəyin partiyasıdır!», «Biz İlham Əliyevi müdafiə edirik!» və s. şüarlar qaldırmışdılar.



Aksiyada prezident İlham Əliyev, prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev də iştirak edirdi.



Azərbaycan prezidenti İlham Əliyev mitinqdə çıxış etdi. Onun sözlərinə görə, ölkədə milli birlik¸ həmrəylik mövcuddur: «Dünyanın aparıcı dairələri etiraf edirlər ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları yaradan xalqımızın lideri Heydər Əliyevdir, onun zəhmətidir».



Prezident Heydər Əliyev siyasətinin bu gün də yaşadığını və ona alternativ olmadığını bildirdi.



O, Azərbaycanın iqtisadi potensialını gücləndirdiyini söylədi.«Bu il Azərbaycan iqtisadiyyatı 20 faiz artacaqdır və bu, dünyada misli görünməmiş göstəricidir. Bu göstəriciyə görə, dünyada birinci yerdəyik. Son il yarım ərzində 200 mindən artıq iş yeri açılıb. Bu istiqamətdə apardığımız işi davam etdirəcəyik» - deyə, prezident bildirdi.



İ.Əliyev Azərbaycanda işsizlik və yoxsulluğun aradan götürüləcəyini sözlərinə əlavə etdi.



O, Ermənistanla danışıqlar prosesində Azərbaycanın üstünlüyü ələ keçirdiyini dedi: «Siyasi təşəbbüs, hüquqi əsaslar, iqtisadi və ordu potensialı bizim tərəfimizdədir. İstədiyimizə nail olacağıq, torpaqları azad edəcəyik».



Cənab Əliyev ölkədəki sabitliyi bundan sonra da qoruyacaqlarını bildirdi. «Əgər kimsə bu sabitliyi pozmaq istəsə, Azərbaycan xalqı ona öz layiqli cavabını verəcək»- deyə, o, fikrini yekunlaşdırdı.



Aksiyada çıxış edən digər natiq - YAP İcra Katibi Əli Əhmədov isə mitinqə qatılanların sayının azlığını belə izah etdi: «İstəsəydik bundan on dəfə artıq adam bura toplaya bilərdik».



Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev isə bildirdi ki, demokratiyanı görməyən müxalifət nankordur.



Millət vəkili Zəlimxan Yaqub isə inqilab arzulayanların heç vaxt ondan yararlanmayacağını dedi.

Günün bütün mövzuları

XS
SM
MD
LG