Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:49

Venesiya Komissiyasının katibi Bakıya gəlir


Səs: Real audio
Canni Bukikkio komissiyanı narahat edən məsələləri müzakirə edəcək İyunun 15-də Avropa Şurası Venesiya Komissiyasının (VK) katibi Canni Bukikkio Azərbaycana səfərə gəlir. Onun Prezident Aparatı və Milli Məclisin nümayəndələri ilə görüşləri gözlənilir. Cənab Bukikkionun sözlərinə görə, o, Bakıda komissiyanı narahat edən məsələləri müzakirə edəcək.



Canni Bukikkionun bildirdiyinə əsasən, indiyə qədər Azərbaycandakı seçkilər beynəlxalq standartlara cavab verməyib: «Ona görə də builki parlament seçkisinin azad və ədalətli keçirilməsi çox mühümdür» -deyə o, əlavə edib.



Cənab Bukikkio bildirir ki, VK-nin Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı tövsiyələrinin çoxunu, o cümlədən də seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifini Azərbaycan hakimiyyəti qəbul etməyib. Onun sözlərinə görə, Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsinin son variantı onlara göndərilib və hazırda bu sənədi komissiyanın ekspertləri öyrənirlər.



C. Bukikkio bildirir ki, son varinatda bəzi müsbət inkişaflar var: «Lakin, iki əsas problem həll olunmamış qalır. Bunlar seçki komissiyalarının təşkil olunması və xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının seçkini müşahidəsində iştirakı məsələsidir» - deyə, o, vurğulayır.



VK Seçki Məcəlləsinin parlamentin təsdiq edəcəyi yekun variantı ilə bağlı da öz rəyini bildirəcək. Cənab Bukikkio söyləyir ki, Avropa Şurasının Parlament Assambleyası və Nazirlər Komitəsi Azərbaycanın Venesiya Komissiyasının tövsiyələrini qəbul edib-etməməsini bilmək istəyir.



Onun sözlərinə görə, azad və ədalətli seçki üçün hakimiyyətdən siyasi iradə tələb olunur. Əsas məsələ isə azad və ədalətli seçki üçün işin düzgün aparılmasıdır. C. Bukikkio deyir: “Sizdə dünyanın ən yaxşı Seçki Məcəlləsi ola bilər, amma səmimi iradə və istək olmasa, seçkiniz azad və ədalətli olmayacaq».



Avropa rəsmisi əlavə edir ki, VK-nin vəzifəsi tövsiyə xarakterli təklif verməkdir. Bu tövsiyyələrin icrası isə ölkələrdən asılıdır. Amma Venesiya Komissiyası Avropa Şurasının nüfuzlu qurumu hesab olunduğu üçün, bir qayda olaraq ölkələr həmin qurumun rəyini nəzərə alırlar. “Biz ümid edirik ki, Azərbaycan da bunu nəzərə alacaq» - deyə cənab Bukikkio əlavə edir.



«Azadlıq» radiosunun VK-dən əldə etdiyi sənəddə qeyd edilir ki, Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsində bu Komissiya və ATƏT-in 2003 və 2004 –cü ildə verdiyi tövsiyələrin böyük hissəsi əks olunmamış və ya cüzi şəkildə öz əksini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG