Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:48
Rubrikalar

İqtisad Universitetinin nəznində “biznes inkubator” yaradılacaq


Səs: Real audio
Prezident yanında Əfv Komissiyası növbəti toplantısını keçirib - Dövlət İqtisad Universitetinin nəznində Azərbaycanda ilk dəfə olaraq xüsusi biznes məkan – “biznes inkubator” yaradılacaq. Burada tələbələr və kiçik sahibkarlar üçün şərait yaradılacaq və onlar avadanlıqlarla təmin olunacaq. “Biznes inkubator”un əsasən 3 istiqamətdə fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Dövlət İqtisad Universitetindən aldığımız məlumata görə, bu, istehsal, kompüter texnologiyaları, bank idarəetməsi və makroiqtisadi layihələşdirmə sahələri olacaq. “Biznes inkubator”un gələn dərs ilindən işə düşəcəyi nəzərdə tutulub.



- Rusiya Azərbaycanı Abxaziyaya dəmiryolunun açılması üçün maliyyə yardımı ayırmağa çağırır. Bu bəyanatla Rusiya Dəmir Yolları İdarəsinin başçısı Gennadi Fadeyev çıxış edib. Onun sözlərinə görə, 100 milyon dollara başa gələcək yenidənqurma işlərinin aparılmasına maraqlı tərəflər kimi Ermənistanla Azərbaycan da qoşulmalıdır. Gürcüstandan Abxaziya ərazisi ilə Rusiyaya istiqamətlənən dəmiryolu silahlı münaqişə başlandığı üçün 1992-ci ilin avqustundan istifadə olunmur.



- İndi də valyuta məzənnələrinə diqqət yetirək. Milli Bankdan aldığımız son məlumata görə, 1 ABŞ dolları 4739 manat, 1 avro 5746 manat, 1 Rusiya rublu isə 166 manatdır.
XS
SM
MD
LG