Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:54

«Bakıdakı marşrut avtobuslarının cəmi üçdə biri ekoloji tələblərə cavab verir»


Səs: Real audio
Prezident yanında Əfv Komissiyası növbəti toplantısını keçirib Qənimət Zahid «Azadlıq» qəzetindəki məqaləsində yazır ki, bu on il ərzində Heydər Əliyevin topladığı siyasi xarizma və kapital barədə danışmağa dəyməz. Çünki Heydər Əliyev artıq həyatda yoxdur. Müəllif yazır ki, o, bu illər ərzində əldə edə bildiklərinin hamısı ilə birlikdə tarixə qovuşub. İndi isə Heydər Əliyevin qazandıqlarını inkişaf etdirmək adı altında hakimiyyətdən əl çəkmək istəməyən komanda müxtəlif manipulyasiyalar edir. Müəllifə görə, hakim komanda cəmiyyətin siyasi və bir sıra digər istiqamətlərdə inkişafını arzu etmir. Məqalədə bildirilir ki, bu istəkdən asılı olmayaraq proseslər əksinə inkişaf edir. Çünki insanlar eyni rejimdə, eyni həyat tərzi keçirməkdən yorulmaq üzrədirlər.



«Üç nöqtə» qəzetindəki «İctimai nəqliyyatda sərnişinlərin təhlükəsizliyi necə qorunur?» başlıqlı məqalədə Elnur Abdullayev yazır ki, Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, Bakıdakı marşrut avtobuslarının cəmi üçdə biri ekoloji tələblərə cavab verir. Müəllif yazır ki, avtobusların 40 faizinin istismar müddəti bitib. 30 faizinin isə təmirə ehtiyacı var. Məqalədə bildirilir ki, Bakının nəqliyyat şəbəkəsində fəaliyyət göstərən hər bir avtobus sutka ərzində marşrut sahibi və Nəqliyyat Departamentinə müəyyən məbləğdə haqq ödəyir.



«Bakı-Xəbər» qəzetindəki «Hakimiyyət demokratiyadansa Rusiyanın girovuna çevrilməyə üstünlük verir» başlıqlı məqalədə Malik Hüseynli yazır ki, regionda baş verənlərə müşahidəçi qismində yanaşan Azərbaycan hakimiyyəti heç vəchlə bu proseselərdə iştirak edə bilmir. Bunu regiondakı əvvəlki mövqeyini itirmiş Rusiya üçün əlverişli şərait hesab etmək olar. Müəllif yazır ki, hərbi bazalarını Gürcüstandan çıxarmağa razılıq verən Kreml özünün növbəti addımı ilə - yəni bazaların Ermənistana köçürülməsi ilə Rusiyanın Qafqazdan tamamilə çəkindiyini düşünənləri məyus etməyə gecikmədi. Məqalədə bildirilir ki, Rusiya Azərbaycanın həm daxili, həm də xaricində gedən proseslərin yaratdığı çaşqınlıqdan məharətlə istifadə etməyə çalışır. Azərbaycan hakimiyyəti isə beynəlxalq birliyə çıxış imkanları məhdudlaşdığı üçün Moskvanın himayəsinə üstünlük verir.
XS
SM
MD
LG