Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:34

Magistraturaya qəbul iki mərhələdə olacaq<p align=`left`><br><br>


Səs: Real audio
Prezident yanında Əfv Komissiyası növbəti toplantısını keçirib Magistraturaya qəbul olmaq istəyən tələbələr bu ildən iki mərhələdə imtahan verəcəklər.



İmtahanın birinci mərhələsində bakalavrın məntiqi təfəkkürü, ixtisas istiqaməti üzrə baza bilikləri və xarici dili bilmə səviyyəsi test üsulu ilə yoxlanacaq. İkinci mərhələdə isə komissiya ixtisas istiqaməti üzrə yazılı imtahan götürəcək.



TQDK-nın sədri Məleykə Abbaszadənin sözlərinə görə, magistraturaya qəbulun ilk mərhələsi – test imtahanı iyulun 1-nə planlaşdırılır.



Birinci mərhələdə 50-dən yuxarı bal toplayan tələbələr ikinci mərhələyə buraxılacaqlar. İkinci mərhələdə yazılı imtahan olacaq: «Bu sualları ikinci mərhələyə on gün qalmış çap edəcəyik».



Ötən illərdən fərqli olaraq bu il magistraturaya orta qiymətinin neçə olmasından asılı olmayaraq hər bir bakalavr məzunu imtahan verə bilər. Sənədlərin qəbulu iyunun 16-dan 25-dək aparılır.



Ali məktəblərə sənəd vermək istəyən abituriyentlər üçün isə qəbul kampaniyasının nə vaxt başlayacağı hələlik məlum deyil. TQDK-dan verilən xəbərə görə, abituriyentlər bu ildən eyni ixtisas qrupuna aid 15 deyil, 8 ixtisas seçə biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG