Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:57

Əfv fərmanının imzalanacağı gözlənilir


Səs: Real audio
Prezident yanında Əfv Komissiyası növbəti toplantısını keçirib Yerli hüquq müdafiəçilərinin Avropa Şurasına göndərdiyi siyasi məhbus siyahısında adı olanlardan biri, ADP-nin sədri müavini Taliyət Əliyev iyunun 14-də azadlığa buraxılıb.



O, 2003-cü il prezident seçkilərinin nəticəsinə etiraz olaraq keçirilən aksiyada polis əməkdaşına qarşı zorakılıq etməkdə müqəssir bilinirdi.



Nəsimi rayon Məhkəməsi T.Əliyevi iki il müddətinə azadlıqdan məhrum etmişdi.



Müsavat partiyası Gəncə şəhər təşkilatının üzvü Tofiq Əsədov da azadlığa buraxılıb. O, bu il iyunun 5-də Gəncədə Heydər Əliyevə qoyulan abidənin açılışı zamanı etirazını bildirərkən həbs edilmışdı.



T.Əsədov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılmışdı.



İyunun 14-də həmçinin prezident yanında Əfv Komissiyası növbəti toplantısını keçirib. Komissiya üzvü Azay Quliyev «Turan» İnformasiya Agentliyinə bildirib ki, toplantı bu günlərdə yaradılan hüquq müdafiəçiləri və hakimiyyət təmsilçilərindən ibarət işçi qrupun təklifi ilə keçirilir.



Cənab Quliyev deyib ki, əfv olunması nəzərdə tutulanların siyasi məhbus sayılan şəxslər olacağına şübhə etmir.



Komissiyanın digər üzvü Məlahət Həsənova da müzakirələrin getdiyini bildirdi.



Bir neçə belə toplantıdan sonra əfv fərmanının imzalanacağı gözlənilir.
XS
SM
MD
LG