Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:14

Magistraturaya da qəbul test üsulu ilə aparılacaq


Səs: Real audio
Siyahıda hazırda deputat olan bəzi şəxslərin də adları var Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu ildən magistraturaya yeni qəbul qaydası tətbiq edib. İndiyəcən tələbə 4 illik bakalavr –natamam ali təhsilini başa vurduqdan sonra magistraturaya sənəd verəndə onu sənəd verdiyi ali məktəb müəllimləri imtahan edirdi. Bu ildən isə imtahan test üsulu ilə olacaq və test imtahanını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirəcək. Ali məktəb müəllimləri isə prosesdə birbaşa iştirakdan kənarda qalacaq.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə deyir ki, yeni sistem magistraturaya qəbulda şəffaflığın artmasına şərait yaradacaq.



Qeyri-hökumət təşkilatı olan Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı da bu fikirlə razılaşır. Onun qənaətincə, tam obyektiv keçirilsə, yeni sistem magistraturaya təsadüfi adamların qəbulu qarşısında səddə çevrilə bilər. Onun sözlərinə görə, indiyəcən magistraturaya qəbulun hansı meyarlar əsasında aparıldığı cəmiyyətə qaranlıq idi və bu da qəbulun obyektiv olması barədə müəyyən şübhələr doğururdu.



Amma magistraturaya sənəd vermək istəyənlərin özlərinin yeni sistemə münasibəti birmənalı deyil. Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Pərvin Quliyeva deyir ki, magistraturaya qəbulun test üsulu ilə keçirilməsi lazımsızdır. Onun fikrincə, bu, onun üçün əlavə stress mənbəyidir. Ona görə ki, bakalavr təhsili alarkən imtahan verdiyi məntiq və xarici dildən yenidən imtahan verməli olacaq. Yəni, eyni fənlərə yenidən hazırlaşmalı olacaq. Digər tərəfdən isə imtahanı onu tanıyan müəllimlər götürməyəcək.



Amma Pərvin Quliyevadan fərqli olaraq onun tələbə yoldaşı Natavan Bayramova – o, da magistraturaya sənəd verməyə hazırlaşır - yeni sistemi daha uğurlu sayır. Onun fikrincə, ali məktəblərə qəbulun test üsulu ilə keçirilməsi özünü doğruldub və bu üsulun magistraturaya qəbulda da tətbiq edilməsi bilikli tələbələrin xeyrinədir.



Magistraturaya qəbul imtahanlarının birinci mərhələsi indiyəcən ali məktəblərə keçirilən ümumi test imtahanlarına çox oxşayır. Yəni, imtahan suallarının bir neçə variantı arasından düzgün olanı seçib işarələyirsən, imtahanlar qurtarandan sonra kompüter cavabları yoxlayır və toplanan balı müəyyən edir.



Məleykə Abbaszadə deyir ki, əgər magistraturaya qəbulun birinci mərhələsində məqsəd imtahan verənlərin baza biliklərini yoxlamaqdırsa, ikinci mərhələdə məqsəd imtahan verənlərin öz ixtisasını nə dərəcədə dərindən bilməsini ayırd etməkdir. Bu mərhələni də ümumiləşdirilmiş qaydada Tələbə Qəbulu üzrə Dövət Komissiyası keçirəcək. Belə imtahanlarda sərbəst mövzular da ola bilər. Məsələn, filologiya və s. ixtisasslar üzrə imtahan verənlərin sərbəst mövzuda yazı işləri yazması tələb olunacaq.



Burda belə bir sual ortaya çıxır: sərbəst mövzuda yazılan yazını kompüter necə yoxlayacaq? Məleykə Abbaszadə deyir ki, bu işi kompüter görməyəcək. Komissiya bu işi görmək üçün ekspertlər cəlb edəcək. Həmin ekspertlər ayrı-ayrı ixtisaslar üzrə alimlərdən, mütəxəssislərdən ibarət olacaq. Amma Məleykə Abbaszadə deyir ki, həmin ekspertlərin imtahanın nəticələrinə qanunsuz müdaxiləsi mümkün deyil.



«Əvvəla imtahan verənlər yazı işlərini xüsusi kodları olan vərəqələrə yazacaqlar və ekspertlər həmin yazı işlərini yoxlayanda onların kimə məxsus olduğunu bilməyəcəklər. Digər tərəfdən, ekspertlər dairəsinə daxil olanlar bilmirlər ki, imtahan cavablarının yoxlanması işinə onlar çağırılacaqlar, yoxsa yox. İmtahan cavablarının yoxlanması işi tam qapalı həyata keçiriləcək».



Məleykə Abbaszadə onu da deyir ki, ixtisas ist

Günün bütün mövzuları

XS
SM
MD
LG