Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:52

Seçki Məcəlləsinə düzəlişlər MM-in növbəti iclasına saxlandı


Səs: Real audio
Bu ilin sonunadək şirkətin Azərbaycanda nümayəndəliyi açılacaq Seçki Məcəlləsinə (SM) əlavə və dəyişikliklər haqqında qanun layihəsi Milli Məclisin iyunun 17-də keçiriləcək iclasında müzakirə ediləcək.



Bu, parlamentin iyunun 14-də keçirilən iclasında qərara alındı.



Bəzi millət vəkilləri gündəlikdəki digər məsələlərdən əvvəl SM-ə dəyişikliklərin müzakirə olunmasını təklif etsələr də, məsələ gələn iclasa saxlanıldı.



Milli Məclisin sədri Murtuz Ələsgərov layihənin gündəlikdə sonuncu məsələlər sırasına bilərəkdən salınması fikrilə razılaşmadı. O, həftənin beşinci günü bu məsələnin öz həllini tapacağını bildirdi.



Spikerin sözlərinə görə, gündəliyin sıxlığı bu həftə Milli Məclisin əlavə iclas keçirməsinə zəmin yaradır.



SM-ə əlavə və dəyişikliklər haqqında qanun layihəsi prezident tərəfindən parlamentin müzakirəsinə iyunun 8-də təqdim edilib.



Layihədə səsvermədən sonra seçici vəsiqəsinə möhür vurulması, depozit məbləğinin azaldılması, müşahidəçilərin statusunu artırılması və digər məsələlər öz əksini tapıb. Müxalifətin seçki komissiyalarının tərkibinin dəyişdirilməsinə dair təklifi isə layihəyə salınmayıb.
XS
SM
MD
LG