Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:35

Ekspertlər Müsavata qarşı ittihamları seçki ilə əlaqələndirirlər


Səs: Real audio
Fəhmin Hacıyev bunun xəbərdarlıq məqsədi güddüyünü deyir Müsavat partiyasının ictimai-siyasi sabitliyi pozmaq məqsədilə partlayış törətmək istəməsi barədə rəsmi məlumatlara münasibət birmənalı deyil.



“Gün-səhər” qəzetinin şərhçisi Qurban Yaquboğlu deyir ki, rəsmi məlumatda məsələnin siyasi tərəfi kriminal tərəfindən daha çox qabardılıb. Onun sözlərinə görə, belə bir qabarıqlıq müxalifət və iqtidar qəzetlərində də öz əksini tapıb.



Qurban Yaquboğlu hesab edir ki, 2000-ci ilin parlament seçkiləri ərəfəsində baş verənlər indi eynilə təkrar olunmaqdadır. Onun sözlərinə görə, seçkiqabağı ərəfədə hakimiyyət bu hadisədən rəqib partiyalara qarşı istifadə edə bilər.



“Ayna” qəzetinin şərçisi Rauf Mirqədirov düşünür ki, bu kimi hallar onsuzda gərgin olan siyasi münasibətləri seçkiqabağı daha da gərginləşdirə bilər. “Çünki, terror bütün hallarda vəziyyəti gərginləşdirir və yeni insanların həbsinə səbəb ola bilər”.



Rauf Mirqədirovun fikrincə, bu, indiki vaxtda Azərbaycan reallığının bir hissəsidir. Əvvəllər olduğu kimi, hakimiyyət müxalifəti bu cür üsullarla nəzarətdə saxlamağa çalışır.



Müsavat partiyası başqanının müavini Rauf Arifoğlu isə partiyasının ünvanına səslənən ittihamları əsassız adlandırır, bunun ciddi təsirinin olmayacağını düşünür. O, yada salır ki, əvvəlki seçkidə təyyarə qaçırmaq ittihamı ilə üzləşsələr də, bu, onların seçki kampaniyasına heç bir təsir göstərməyib.
XS
SM
MD
LG