Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:10

Sumqayıt Prokurorluğu mitinq təşkilatçılarını qəbuluna çağırdı


Səs: Real audio
Fəhmin Hacıyev bunun xəbərdarlıq məqsədi güddüyünü deyir ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri və ATƏT-in Bakı ofisi ADP, AXCP və Müsavat partiyalarının Sumqayıt təşkilatlarının iyunun 16-da keçirəcəyi etiraz aksiyasını müşahidə edəcək. Bu barədə «Azadlıq» radiosuna Müsavat partiyası Sumqayıt şəhər təşkilatının şura üzvü Fəhmin Hacıyev məlumat verdi.



Cənab Hacıyevin bildirdiyinə görə, onlar Sumqayıt şəhər İcra Hakimiyyətinin aksiya üçün təklif etdiyi «İnşaatçılar» stadionunu qəbul etməyiblər.



Sumqayıt müxalifətçiləri yürüş-mitinqi əvvəlcədən nəzərdə tutduqları yerdə – şəhərin mərkəzində keçirmək niyyətindədirlər.



Cənab Hacıyevin bildirdiyinə görə, Sumqayıt şəhər Prokurorluğu mitinq təşkilatçılarını qəbuluna çağırıb. Cənab Hacıyev bunun xəbərdarlıq məqsədi güddüyünü deyir.



AXCP, Müsavat və ADP-nin yaratdığı «Azadlıq» seçki blokunun iyunun 18-də mitinq keçirmək barədə müraciətinə isə Bakı şəhər İcra Hakimiyyətindən hələ cavab gəlməyib.



Meriyadan cavabın iyunun 16-da veriləcəyinin mümkün olduğunu deyirlər.



Hakim Yeni Azərbaycan partiyasının iyunun 15-də keçirəcəyi aksiyanın şüarı isə «İlham Əliyevlə qüdrətli Azərbaycan uğrunda!» olacaq.
XS
SM
MD
LG