Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:24

İranın Azərbaycandakı səfirliyində səsvermə qutuları qoyulacaq


Səs: Real audio
Müsavat partiyası isə bunu «qara piar» adlandırır İyunun 17-də İranda prezident seçkisi günü bu ölkənin Azərbaycanda olan vətəndaşları da səs verəcəklər. İranın Bakıdakı səfirliyi və Naxçıvandakı konsulluğunda səsvermə qutuları qoyulacaq. İranın Azərbaycandakı səfiri Əfşar Süleymani saat 11-də səs verəcək.



İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Lütfəli Əzimzadə hazırda Azərbaycanda olan İran vətəndaşlarının dəqiq sayını deməkdə çətinlik çəkdi. Onun sözlərinə görə, bu, Azərbaycana gəlib-gedən iranlıların sayının çox olmasıyla əlaqədardır.



İranın Seçki Məcəlləsinə görə, xaricdə yaşayan ölkə vətəndaşları yalnız prezident seçkisində iştirak edə bilərlər.
XS
SM
MD
LG