Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:55

«İlham Əliyevin Xorvatiya səfərindən əvvəl Prezident Aparatında nə baş verib?»


Səs: Real audio
Müsavat partiyası isə bunu «qara piar» adlandırır «Yeni Azərbaycan» qəzetindəki «Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevriləcək» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, cari ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi bir milyard ABŞ dolları çox olacaq. Müəllif yazır ki, Azərbaycanda siyasi sabitlik olduğu üçün investisiyaların həcmi də durmadan artır. Azərbaycan tezliklə inkişaf tempinə görə Rusiya ilə müqayisə ediləcək.



«Azadlıq» qəzetindəki «MTN 100 dollarlıq killer tapıb» başlıqlı məqalədə bildirilir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları ADP sədri Rəsul Quliyevin qohumu Almaz Quliyevanın çantasından tapança «aşkar» edəndən sonra ictimai rəydə dəhşətli qınaq yarandı. Qəzet yazır ki, hətta hakimiyyətə yaxın dairələr də Azərbaycan hökumətinin belə primitiv vasitələrdən istifadə edərək öz rəqiblərinə qarşı kampaniya aparmasını pisləməyə məcbur olublar. Görünür, elə bu biabırçılığın əvəzini çıxmaq üçün hüquq mühafizə orqanlarına hökmən bomba effekti verə biləcək bir hadisə lazım imiş. Buna görə də bir terror olayını «tapmaq» və onu «ifşa etmək»dən başqa çıxış yolu qalmırdı.



«Bakı-Xəbər» qəzetindəki «İlham Əliyevin Xorvatiya səfərindən əvvəl Prezident Aparatında nə baş verib?» sərlövhəli məqalədə Tural yazır ki, Secki Məcəlləsi ilə bağlı məsələ bu səfər öncəsi ciddi müzakirə olunub. Müəllif etibarlı mənbəyə istinadən yazır ki, toplantıda mövqelər açıq ifadə olunub. İlham Əliyev hakimiyyət daxilindəki qruplara vəziyyətin ağır olduğunu izah etməyə çalışıb. Məqalədə bildirilir ki, prezident təzyiqlərin güclü olduğunu, başqa yolların olmadığını söyləyib. Qəzet yazır ki, müzakirələr emosional keçib. Sonda isə İlham Əliyev «mən dedim özünüz bilərsiniz» deyərək Xorvatiyaya yola düşüb.
XS
SM
MD
LG